AZE | RUS | ENG |

XİN: Şri-Lankada həlak olanlar arasında Azərbaycan vətəndaşı yoxdur,

XİN: Şri-Lankada həlak olanlar arasında Azərbaycan vətəndaşı yoxdur,
Şri-Lankada baş verən terror aktları nəticəsində həlak olan insanlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Bunu özəl olaraq Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
L.Abdullayeva bildirib ki, Şri-Lankada aprelin 21-i baş verən terror aktları nəticəsində ölənlərdən 14 nəfərin şəxsiyyəti hələ müəyyənləşməyib:
"Bu məsələ Azərbaycanın Hindistandakı səfirliyinin diqqət mərkəzindədir. Səfirliyin ilkin məlumatına əsasən şəxsiyyəti bəlli olan terror qurbanları arasında Azərbaycan vətəndaşı yoxdur”.
Xatırladaq ki, aprelin 21-i Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib. Terror aktları nəticəsində ölənlərin sayı 310 nəfərə çatıb.
Xəsarət alanların sayı isə 480 nəfər təşkil edir.
Partlayışlara görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib.
Bu gün Şri-Lankada matəm günü elan edilib.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779