• cümə, 29 Mart, 16:58
  • Baku Bakı 14°C

XİN-in həbs edilən şöbə müdiri məhkəməyə müraciət etdi

10.09.20 10:45 591
XİN-in həbs edilən şöbə müdiri məhkəməyə müraciət etdi
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyat zamanı həbs edilən Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığa qətimkan tədbiri ilə dəyişdirməsi ilə bağlı məhkəməyə müraciət edib.
Trend-in məlumatına görə, sabiq şöbə rəisinin müraciəti Səbail rayon Məhkəməsində icraata götürülüb. Vəsatətə hakim İlkin Rüstəmlinin sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat zamanı nazirliyin İşlər idarəsinin müdiri, Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.
Səbail rayon Məhkəməsinin qərarı ilə adıçəkilən şəxslər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

banner

Oxşar Xəbərlər