• cümə, 29 Mart, 13:02
  • Baku Bakı 14°C

XİN: Bu, nazirlərin görüşü ərəfəsində Ermənistanın növbəti təxribatıdır

31.08.17 16:09 834
XİN: Bu, nazirlərin görüşü ərəfəsində Ermənistanın növbəti təxribatıdır
"Azərbaycan Respublikası Müdafiə nazirliyi tərəfindən məlumat verildiyi kimi, Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətindəATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq monitorinq aparılarkən atəşkəsin pozulması barədə Ermənistan Xarici İşlər Nazirliyinintwittervasitəsilə yaydığı xəbər ucuz dezinformasiyadır. Monitorinqdə iştirak edən beynəlxalq missiyanın nümayəndələri tərəfindən atəşkəsin pozulması halı qeydə alınmadığı halda, Ermənistan tərəfi bu kimi yalanla çıxış edir".

BunuAPA-ya açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu, sentyabr ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərininATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi iləBMTBaş Assambleyasının növbəti sessiyası çərçivəsində görüşü ərəfəsində Ermənistanın növbəti təxribatıdır.

"Ermənistanın məqsədi bu yolla gərginlik fonu yaratmaq və danışıqlara mənfi təsir etməkdir", - deyə H. Hacıyev qeyd edib.
banner

Oxşar Xəbərlər