• cümə, 29 Mart, 17:08
  • Baku Bakı 14°C

XİN: ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

01.06.13 10:12 1632
XİN: ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
“Bütün dünya birliyi kimi, rəsmi Vaşinqton da Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ABŞ-ın Luiziana ştatının Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımasına dair Ermənistan mediasında yayılan informasiyalara münasibət bildirərkən deyib. E. Abdullayev xatırladıb ki, ABŞ-ın xarici siyasəti ayrı-ayrı ştatlar tərəfindən yox, federal hökumət tərəfindən həyata keçirilir. Onun sözlərinə görə, bu, erməni diasporunun növbəti provokasiyasıdır: “Onlar sülh prosesinə və ümumən bölgənin gələcəyinə zərbə vurmaq istəyirlər”.
banner

Oxşar Xəbərlər