Xəzərin suyunu içmək istəyiriksə...
"Azərbaycan dəniz suyundan
istifadə edərək öz ehtiyaclarını ödəməyə tam hazırdır”
"Təsərrüfatımda meyvə ağacları var ki, gündəlik sulanmalıdır. Sulanmadıqda, günün istisinin təsirindən quruyur və meyvələr vaxtından tez tökülür. Həm meyvəsi tökülür, istifadəsiz hala gəlir, həm də ağac quruyur. Tərəvəzlər hamısı susuzluqdan qurudu. Suya çox ehtiyacımız var”.
Ceyhun Zülfüqarov kimi su problemindən əziyyət çəkən bir çox fermerlər var. Kimi əkin sahəsini suvarmağa, kimi heyvanına verməyə su tapmır. Quraqlıq səbəbindən fermerlərin əkib-becərdiyi meyvə ağacları məhv olur. Məhz bu səbəbdən məhsuldarlıq aşağı düşür, fermerlərin isə heyvanları susuzluqdan ölüm təhlükəsi ilə üz-üzə qalır. Bu problem təkcə ölkəmizdə deyil, dünyada baş verən ekoloji proseslər, iqlim dəyişiklikləri içməli su qıtlığının yaranmasına gətirib çıxarıb. Bu problemlə hər ölkə mübarizə aparır və əhalinin içməli su təminatını qarşılamağa çalışırlar.
Araşdırmalara görə, Azərbaycanın yerüstü su ehtiyatı orta illik 32,3 mlrd. kubmetrdir. Quraqlıq illərdə (az sulu illərdə) isə bu göstərici 23 mlrd. kubmetrə qədər azalır. Ölkədə adambaşına orta illik 3800 kubmetr su düşür. Yeraltı içməli su mənbələrində isə 23 764,28 mln. kubmetr/gün su ehtiyatı var. Azərbaycan, ərazinin hər km-nə və əhalinin hər nəfərinə düşən yerüstü su ehtiyatları göstəricisinə görə, Cənubi Qafqaz dövlətləri və Rusiyadan geridə qalır. Cənubi Qafqazın ümumi su ehtiyatının (310 mlrd. m3) 62 faizi Gürcüstan, 28 faizi Ermənistan, yalnız 10 faizi Azərbaycanın payına düşür. Son illərdə iqlim dəyişmələri fonunda müşahidə edilən quraqlıq və bunun nəticəsində ölkənin əsas su mənbəyi sayılan Kür çayının səviyyəsinin kəskin azalması hazırda bir sıra regionlarda su çatışmazlığına səbəb olub. Belə bir vaxtda, təbii ki, ehtiyat mənbələr, ondan istifadənin səmərəliliyi, tələbatın ödənilməsi üçün yeni texnologiyalardan istifadə məsələləri aktuallaşıb.
Dəniz Suyunun Duzsuzlaşdırılması Zavodunun direktoru Qabil Teymurov deyir ki, dəniz suyu 12 km məsafədən götürülür və ilkin çökməyə məruz qalmış su sonradan nasoslar vasitəsilə anbarlara vurulur: "Dənizdən suyun götürülməsi üçün uzunluğu 200, eni 8 metr, dəniz səviyyəsindən hündürlüyü 5 metr olan damba inşa edilib, həcmləri 500 m3 və 200 m3 olan xüsusi örtüklə izolyasiya olunmuş 3 ədəd metal su çəni quraşdırılıb, həcmi 500 m3 olan yeraltı dəmir-beton su anbarı, həcmi 150 m3, 500 m3, 2000 m3, 20000 m3 və 25000 m3 olan geotekstil membran örtüyü ilə izolyasiya olunmuş 6 ədəd su anbarı, avadanlıqların quraşdırıldığı 750 m2 bina, 120 m2 ofis binası və s. inşa edilib”.
Zavod rəhbəri qeyd edib ki, bu sudan həm içmək, həm də sahələrin suvarılması məqsədilə çəkinmədən istifadə etmək mümkündür.
"Təsərrüfatımda meyvə ağacları var ki, gündəlik sulanmalıdır. Sulanmadıqda, günün istisinin təsirindən quruyur və meyvələr vaxtından tez tökülür. Həm meyvəsi tökülür, istifadəsiz hala gəlir, həm də ağac quruyur. Tərəvəzlər hamısı susuzluqdan qurudu. Suya çox ehtiyacımız var”.
Ceyhun Zülfüqarov kimi su problemindən əziyyət çəkən bir çox fermerlər var. Kimi əkin sahəsini suvarmağa, kimi heyvanına verməyə su tapmır. Quraqlıq səbəbindən fermerlərin əkib-becərdiyi meyvə ağacları məhv olur. Məhz bu səbəbdən məhsuldarlıq aşağı düşür, fermerlərin isə heyvanları susuzluqdan ölüm təhlükəsi ilə üz-üzə qalır. Bu problem təkcə ölkəmizdə deyil, dünyada baş verən ekoloji proseslər, iqlim dəyişiklikləri içməli su qıtlığının yaranmasına gətirib çıxarıb. Bu problemlə hər ölkə mübarizə aparır və əhalinin içməli su təminatını qarşılamağa çalışırlar.
Araşdırmalara görə, Azərbaycanın yerüstü su ehtiyatı orta illik 32,3 mlrd. kubmetrdir. Quraqlıq illərdə (az sulu illərdə) isə bu göstərici 23 mlrd. kubmetrə qədər azalır. Ölkədə adambaşına orta illik 3800 kubmetr su düşür. Yeraltı içməli su mənbələrində isə 23 764,28 mln. kubmetr/gün su ehtiyatı var. Azərbaycan, ərazinin hər km-nə və əhalinin hər nəfərinə düşən yerüstü su ehtiyatları göstəricisinə görə, Cənubi Qafqaz dövlətləri və Rusiyadan geridə qalır. Cənubi Qafqazın ümumi su ehtiyatının (310 mlrd. m3) 62 faizi Gürcüstan, 28 faizi Ermənistan, yalnız 10 faizi Azərbaycanın payına düşür. Son illərdə iqlim dəyişmələri fonunda müşahidə edilən quraqlıq və bunun nəticəsində ölkənin əsas su mənbəyi sayılan Kür çayının səviyyəsinin kəskin azalması hazırda bir sıra regionlarda su çatışmazlığına səbəb olub. Belə bir vaxtda, təbii ki, ehtiyat mənbələr, ondan istifadənin səmərəliliyi, tələbatın ödənilməsi üçün yeni texnologiyalardan istifadə məsələləri aktuallaşıb.
"Dəniz suyu 12 km məsafədən götürülür”
Dünyanın bir neçə ölkəsində içməli su qıtlığı
probleminin qarşısının alınması üçün görülən işlərdən biri də dəniz suyunun
duzsuzlaşdırılmasıdır. Bu təcrübədən Azərbaycanda da istifadə olunur. Belə ki,
Salyan rayonunda yerləşən Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksində
duzlu su şirin su halına gətirilir. Zavod gələcəkdə yarana biləcək su qıtlığı
probleminin effektiv həlli məqsədi ilə 2012-ci ildə Salyan rayonunun Xıdırlı kəndində
dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən, tərs osmos
membranları ilə təchiz olunmuş və yüksək texnologiya əsasında inşa olunub.
Zavodun tikilməsi ideyası Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə məxsusdur və yer kürəsində təmiz suya
olan tələbatın get-gedə artması fonunda regionda ən az şirin su ehtiyatına
malik olan Azərbaycanda alternativ mənbələrin üzə çıxarılması, onlardan istifadənin
təşkilində təcrübə əldə etmək məqsədilə pilot layihə kimi həyata keçirilib. İlk
mərhələdə ehtiyaclar nəzərə alınaraq zavodda dəniz suyundan sutkada 1000
kubmetr şirin su istehsal etmək üçün avadanlıq quraşdırılıb. 2016-cı ildə
zavodun gücü əlavə tikinti-quraşdırma işləri aparmadan 2 dəfə artırılaraq
sutkada 2000 kubmetrə çatdırılıb.Dəniz Suyunun Duzsuzlaşdırılması Zavodunun direktoru Qabil Teymurov deyir ki, dəniz suyu 12 km məsafədən götürülür və ilkin çökməyə məruz qalmış su sonradan nasoslar vasitəsilə anbarlara vurulur: "Dənizdən suyun götürülməsi üçün uzunluğu 200, eni 8 metr, dəniz səviyyəsindən hündürlüyü 5 metr olan damba inşa edilib, həcmləri 500 m3 və 200 m3 olan xüsusi örtüklə izolyasiya olunmuş 3 ədəd metal su çəni quraşdırılıb, həcmi 500 m3 olan yeraltı dəmir-beton su anbarı, həcmi 150 m3, 500 m3, 2000 m3, 20000 m3 və 25000 m3 olan geotekstil membran örtüyü ilə izolyasiya olunmuş 6 ədəd su anbarı, avadanlıqların quraşdırıldığı 750 m2 bina, 120 m2 ofis binası və s. inşa edilib”.
Zavod rəhbəri qeyd edib ki, bu sudan həm içmək, həm də sahələrin suvarılması məqsədilə çəkinmədən istifadə etmək mümkündür.
Dünya üçün vacib
perspektiv texnologiya
Su
probleminin həlli ilə bağlı dünyada müasir texnologiyalardan kifayət qədər
istifadə edilir. Məsələn, ən maraqlı təcrübə İsrailindir. Müasir
texnologiyalardan istifadə edərək, bu ölkə özünü su ilə təmin edir və su
problemindən əziyyət çəkmir. İsrail problemdən çıxış yolunu dəniz suyunun
şirinləşdirilməsində gördü və bunun üzərində işlədi. Ölkədə sudan təkrar
istifadə və dəniz suyunun şirinləşdirilməsi ilə bağlı böyük layihələrə start
verildi. Məlum olduğu kimi, dünyada su ehtiyatının 90%-i duzludur. Ona görə də,
məhz duzlu suyun təmizlənərək şirinləşdirilməsi bütün dünya üçün vacib
perspektiv texnologiyalardan biridir. İsrail bütün dünyada dəniz suyunun şirinləşdirilməsi
üzrə liderdir. Son illər bu ölkədə 5 şirinləşdirici zavod tikilib.
İspaniya, Birləşmiş Ərəb Əmirlikləri, Yaponiya,
Kipr dəniz suyunu şirinləşdirən və təsərrüfatda istifadə edən ölkələrdəndir.
Xüsusilə, ərəb ölkələrində dəniz suyunun duzsuzlaşdırılması və istifadəsi geniş
vüsət alıb. "Xəzərin çirkləndirilməsi
minimuma endirilməlidir”
ETSN şöbə müdiri
Rasim Səttarzadə
deyir ki, ölkədə ikinci bir Xəzər Dəniz Suyunun Duzsuzlaşdırlması Kompleksi
tikilə bilər. ETSN rəsmisinin sözlərinə görə,
Xəzər dənizinin suyunu duzsuzlaşdıraraq içmək istəyiriksə, bu zaman
suyun çirklənməsini minimuma endirmək üçün hər birimiz səy göstərməliyik: "Su
çox dəyərli təbii sərvətdir. Bu sərvətə münasibət də ona uyğun olmalıdır. Biz
gündəlik həyatımızda suya qənaət etməli, bunu davranış normamıza çevirməliyik,
çünki XXI əsrin əsas problemlərindən biri məhz su problemi olacaq. Hazırda su
qıtlığı səbəbindən dəniz suyunun duzsuzlaşdırılması prosesindən bir çox ölkələr
yararlanır. Məsələn, İsraildə 10 , digər ölkələrdə 20, 50, bəzən 100 faiz dəniz
suyundan istifadə edilir. Bu, ucuz metod deyil və müasir texnologiyaların
hesabına başa gəlir. Yaxın gələcəkdə ehtiyac yaranacağı təqdirdə, ölkədə ikinci
bir Xəzər Dəniz Suyunun Duzsuzlaşdırlması Kompleksi tikilə bilər. Bütün dünyada
olduğu kimi Azərbaycanda da iqlim dəyişmələri və istiləşmə prosesləri nəticəsində
su ehtiyatlarında azalma müşahidə olunur. Gələcəkdə də bu tendensiyanın
davametmə ehtimalı böyükdür. Buna görə də ölkəmizdə bu problemin qarşısını
almaq üçün vaxtında ehtiyat tədbirlərinin görülməsinə başlanılıb. 2012-ci ildə
Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə
imkan verən, yüksək texnologiyaya əsaslanan zavod inşa edilib. Zavodda istehsal
olunan su ilə 50-70 min əhalisi olan bir şəhəri təmin etmək mümkündür. Bu isə o
deməkdir ki, ehtiyac olarsa, Azərbaycan sınaqdan çıxmış texnologiyalar əsasında
Xəzərin suyundan və digər alternativ mənbələrdən istifadə edərək öz ehtiyaclarını
ödəməyə tam hazırdır”.
Nazirlik rəsmisi bildirdi ki, Xəzər dənizinin
suyunu duzsuzlaşdıraraq içmək istəyiriksə, bu zaman suyun çirklənməsini
minimuma endirmək üçün hər birimiz səy göstərməliyik."Hazırda əsas vəzifə
Xəzərin suyunun şirinləşdirilməsdir”
Milli Məclisin
deputatı Müşfiq Cəfərov da
deyir ki, hazırda əsas vəzifə Xəzərin suyunun şirinləşdirilməsdir. Onun sözlərinə
görə, bu sahəyə yeni texnikalar, xaricdən gətirilmiş mütəxəssislər cəlb
olunmalıdır: "Şirin suya qənaət edilməsi və onun ancaq lazım olan məqsədlər
üçün istifadə edilməsi dövrün tələbidir. Tədqiqatçıların da irəli sürdüyü təkliflərə
əsaslansaq, deyə bilərəm ki, dünya təcrübəsində olduğu kimi bizdə də Xəzərin
suyu duzsuzlaşdırılmalıdır. Həmçinin kadr hazırlığı da vacibdir. Digər vacib amil, praktiki olaraq, suyun təkrar
istifadə edilməsi üçün mürəkkəb təmizləmə texnologiyasının geniş tətbiq olunmasıdır, bunun üçün adi
çökdürmə üsulu kifayətdir. Eyni zamanda,
mərkəzləşdirilmiş sexlər yaradılmalıdır ki, sərf olunan suyun miqdarına ciddi
nəzarət də mümkün olsun. İlk növbədə, mövcud şirin su mənbələrinin qorunması,
daha doğrusu, bu mənbələrin çirklənməsinin qarşısının alınması, şirin suya qənaət
edilməsi və ancaq lazım olan məqsədlər üçün istifadə edilməsi dövrün tələbidir.
Təsərrüfatın bəzi sahələrində alternativ su mənbələrinin işlənməsi, dəqiq desək,
şirin suyun əvəzinə kifayət qədər bol olan yüksək minerallı dəniz, okean,
yeraltı sulardan istifadə problemi olduqca böyük əhəmiyyət kəsb edir”.
"Su itkisi əksər hallarda 40 faizdən çoxdur”
Millət vəkili Vüqar
Bayramov deyir ki, su təsərrüfatındakı problemlər kənd
təsərrüfatına və bütövlükdə iqtisadiyyata da mənfi təsir edir. Deputat su
probleminin həlli üçün öz təkliflərini verib: "Dövlət qurumları arasında
koordinasiyanın zəif olması su təsərrüfatındakı problemlərin əsas səbəblərindən
biri olduğu üçün bu sahədə struktur və institutsional islahatların aparılması məqsədəuyğundur.
Beyin mərkəzi olaraq İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 2012-ci ildə
hazırladığı struktur islahatları paketində bu sahədə də struktur islahatların
aparılmasını təklif edib. Bütövlükdə, struktur islahatları sistemli və təmərküzləşmiş
koordinasiyaya imkan yarada bilər. İtkilərin qaşısının alınmsı üçün
infrastrukturun daha da inkişaf etdirilməsi ilə yanaşı, bu sahədə nəzarətin
gücləndirilməsinə ehtiyac var. Ölkə üzrə infrastruktur inkişaf etsə də, sahəvi
infrastrukturun genişləndirilməsi vacibdir. Su təsərrüfatının vəziyyətinə həsr
olunmuş müşavirədə də qeyd olunduğu kimi, su itkisi əksər hallarda 40 faizdən çoxdur.
Bu, kifayət qədər böyük rəqəmdir. İtkilərin azaldılması, eyni zamanda su
ehtiyatlarının artmasına səbəb ola bilər. Yeni daxili su mənbələrinin tapılması
üçün bu sahədə elmi tədqiqatların genişləndirilməsi vacibdir. Məhz tədqiqatlar
nəticəsində, əsasən xarici su mənbələri hesabına istehlakı ödənilən ölkəmizdə
su problemini mərhələli şəkildə aradan qaldırmaq olar. Su təsərrüfatında idarəetmənin
səmərəliliyinin artırılması üçün mövcud strategiyanın yeni çağırışlara
uyğunlaşdırılmasına ehtiyac var. Bu zaman iqlim dəyişiklikləri, elmi-innovativ
metodlardan istifadə kimi faktorların da nəzərə alınması məqsədəuyğundur”.
Aygün ƏZİZ