• çərşənbə axşamı, 19 mart, 13:08
  • Baku Bakı 8°C

Xəzərdə qəzaya uğramış hərbi təyyarəmizin yeni qalıqları tapıldı

16.08.19 12:23 1025
Xəzərdə qəzaya uğramış hərbi təyyarəmizin yeni qalıqları tapıldı
İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarəsinin qalıqları tapılıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyənin Dəniz Qüvvələri Komandanlığı tərəfindən Xəzər dənizinə düşən "MİQ-29” təyyarəsinin qalıqları tapılsa da, R.Atakişiyevin meyitinin və "qara qutu”nun axtarılması istiqamətində işlər davam etdirilir.
Qalıqlar Türkiyə Dəniz Qüvvələri Komandanlığının Sualtı Axtarış və Xilasetmə Birliyi tərəfindən aşkar edilib.
Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin "MiQ-29" təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.
Qəza nəticəsində "MiQ-29" təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.
banner

Oxşar Xəbərlər