• çərşənbə, 24 Aprel, 08:36
  • Baku Bakı 13°C

“Xəzər Lənkəran”ın start heyəti müəyyənləşib

11.07.13 16:25 1428
“Xəzər Lənkəran”ın start heyəti müəyyənləşib
Bu gün keçiriləcək UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Xəzər Lənkəran” - “Slima” (Malta) cavab oyunu üçün təmsilçimizin start heyəti müəyyənləşib.
Qol.Azın klubun saytına istinadən yaydığı xəbərə görə, "Xəzər Lənkəran" oyuna bu heyətlə çıxacaq:
Toni Doblas, Rasim Ramaldanov, Sadio Tounkara, Eder Bonfim, Junior Nildo, Zoahir Benouahi, Rahid Əmirquliyev (k), Radomir Todorov, Nikola Qligorov, Adrian Skarlatake, Marin Orsuliç.
Ehtiyat oyunçular: Orxan Sadıqlı, Vanderson Skarduelli, Alvaro Silva, Uğur Pamuk. Elnur Abdullayev, Adrian Pit, Ağabala Ramazanov.
Cənub klubu ilk oyunda səfərdə heç-heçəyə (1:1) razılaşdığı Malta “Slima”sı ilə ilə ya qolsuz bərbərlik etməli, ya da mütləq qalib gəlməlidir. Əks halda, “ağ-yaşıllar” Avroliqa ilə erkən vidalaşacaqlar.
Matçın start fiti Lənkəran şəhər stadionunda saat 20:00-da veriləcək. Oyunu belçikalı FİFA referisi Vim Smet idarə edəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” - “Slima”nı keçəcəyi təqdirdə, Avropa Liqasının II təsnifat mərhələsində İsrailin “Makkabi” (Hayfa) klubu ilə qarşılaşacaq.
banner

Oxşar Xəbərlər