• cümə axşamı, 28 mart, 15:35
  • Baku Bakı 16°C

“Xəzər Lənkəran”ın rekordunu təkrarlayırlar?

22.04.14 09:26 1155
“Xəzər Lənkəran”ın rekordunu təkrarlayırlar?
“Simurq” Topaz Premyer Liqasında rekorda imza atmağa yaxındır. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi çempionluğun bir addımlığında olan “Qarabağ”a 4-cü qarşılaşmada da uduzmamaqla, qeyri-adi nəticəyə nail olub.
Əgər möcüzə baş verməsə və ağdamlılar çempion olsa, “Simurq” Azərbaycan futbolu tarixinə qızıl medalların sahibinə 4 matçda uduzmayan 2-ci komanda kimi düşəcək. Təbii ki, söhbət 1995/96, 1998/99 və son 5 mövsümdən gedir. Çünki məhz bu 7 çempionatda gələcək çempion rəqiblərini 4 dəfə sınağa çəkib.
İndiyədək yalnız “Xəzər Lənkəran” sonda çempion olan komandaya uduzmamağı bacarmışdı. Buna 2010/11 mövsümündə təsadüf olunmuşdu. Onda cənublular prinsipial rəqibi “Neftçi”dən 6 xal almış və top fərqində minimal üstünlük əldə etmişdi – 3:2. “Simurq” isə 6 xal aldığı rəqibini 1:0 hesabı ilə üstələyib.
2010/11. “Xəzər Lənkəran” – “Neftçi” – 1:0, 0:0, 1:1, 1:1
2013/14. “Qarabağ” –“Simurq” – 0:0, 0:0, 0:0, 0:1
banner

Oxşar Xəbərlər