• cümə axşamı, 28 mart, 20:49
  • Baku Bakı 13°C

“Xəzər Lənkəran” - “Neftçi” matçında qalmaqal: tutulanlar var

26.08.13 07:48 1332
“Xəzər Lənkəran” - “Neftçi” matçında qalmaqal: tutulanlar var
APA-nın hazırda Lənkəran Şəhər Stadionunda olan əməkdaşının verdiyi xəbərə görə, artıq azarkeşlər stadionu tərk edib. ”Neftçi”nin azarkeşlərinin, oyunçuların və jurnalistlərin də təhlükəsizliyi təmin olunub.
Qeyd edək ki, bu gün “Topaz” Premyer Liqasının IV turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçında insident baş verib.
APA-nın əməkdaşının bildirdiyinə görə, insident nəticəsində Daxili Qoşunların 7-yə qədər əsgərinin və yerli polis nəfərlərindən bir neçəsinin yüngül xəsarət aldığı bildirilir. Hadisə ilə bağlı Lənkəran Rayon Polis Şöbəsində cinayət işi açılıb, saxlanılanlar var.
“Topaz” Premyer Liqasının IV turunda “Xəzər Lənkəran” – “Neftçi” matçı qalmaqallı keçib. Lənkəranda baş tutan oyunun birinci hissəsi bitəndən sonrakı fasilədə gərgin anlar yasanıb.
Apasport.az saytının xəbərinə görə, cənublu fanatlar bakılı azarkeşlərin əyləşdiyi sektora hücum edərək, müxtəlif əşyalar atıblar. Yaranan gərginlik səbəbi ilə qarşılaşmanın ikinci hissəsi 5 dəqiqə gec başlayıb. Polis və daxili qoşunların əsgərlərinin müdaxiləsindən sonra ara sakitləşdirilib.
Oyundan sonra da bəzi azarkeşlər meydanı tərk etməyiblər. Qolsuz bərabərliklə yekunlaşan oyunun nəticəsindən narazı qalan cənublu fanatlar oturacaqları sındıraraq, meydana atıblar.
Polis yerli azarkeşləri stadiondan çıxarmağa çalışıb. "Neftçi" heyətinin təhlükəsizliyini təmin etmək məqsədilə qonaqlar meydan sahiblərinin paltardəyişmə otağına yerləşdiriliblər.
“Neftçi” futbol klubunun məşqçisi Tərlan Əhmədov da baş verənlərə munasibət bildirib. O bildirib ki, oyunun ağır keçəcəyini əvvəlcədən proqnozlaşdırıblar: “Matç ərəfəsindəki ajiotaj və oyunun gedişində yaşananlar həyəcanverici idi. Hər iki komanda bu gərginliyin təsirindəydi. Əxlaqsız söyüşlər hamıya pis təsir edir. Futbolçunu təhqir etmək olar, amma bu dərəcədə də yox. Mahirin valideyni təhqir edildi. Ona bu sözləri deyənlərin ata-anaları bəlli deyil”.
banner

Oxşar Xəbərlər