AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Xəzər Lənkaran“ın azarkeşi rumın futbolçunun ayağından öpdü

“Xəzər Lənkaran“ın azarkeşi rumın futbolçunun ayağından öpdü

İdman
25 Aprel 2013, 13:38 1143
""Bakı" ilə görüşdə yaxşı mübarizə apardıq. Möhtəşəm qələbələrimizdən birini qazandıq. Düşünürəm ki, layiq olduğumuz finala çıxdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun futbolçusu Adrian Skarlatake deyib.

Ölkə kubokunun “Bakı” ilə cavab yarımfinal matçından sonra lənkəranlı azarkeşlər meydançaya axışdılar. Onlar sevimli futbolçularını qələbə münasibətilə elə yerindəcə təbrik etdilər. Həmin vaxt bir maraqlı məqamla yadda qalıb.

Belə ki, yerli fanatlardan biri komandanın rumıniyalı mərkəz müdafiəçisi Adrian Skarlatakeyə minnətdarlığını özünəməxsus şəkildə - futbolçunun ayağını öpməklə bildirib.

Bu, Skarlatake üçün gözlənilməz olub. 26 yaşlı futbolçunun sözlərindən də bunu başa düşmək olar: “Oyundan sonra azarkeşlərimiz qələbəyə görə bizi təbrik etdilər. Onlar “Bakı” ilə oyunda qazanılan qələbədən çox şad olmuşdular. Çünki biz finala çıxmışdıq. Ancaq azarkeşlərdən biri mənim ayağımdan öpdü. Karyeram ərzində belə bir şeyin şahidi olmamışdım. Fanatların sevgisini Buxarestdə görmüşdüm. Ancaq bu dərəcədə yox. Mən hələ də bu hadisədən şokdayam. Bu, insanın alçalmağı deyil, ona necə dəyər verilməsi deməkdir. Şadam ki, “Xəzər Lənkəran”dayam və bizə belə dəyər qoyan azarkeşlərimiz var. Onlara çox dərin minnətdarlığımı bildirirəm”.