• çərşənbə, 24 Aprel, 00:17
  • Baku Bakı 14°C

Xəzər dənizində dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA

30.05.20 16:51 537
Xəzər dənizində dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA
Ölkə ərazisində olan faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, 30 may 2020-ci il, saat 16:00-a olan vəziyyətə əsasən, şimal-qərb küləyi Neftçalada 20 m/s, Tərtərdə 18 m/s, Xaçmazda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakı, Sumqayıtda 28 m/s, Qum adasında 26 m/s, Maştağada 25 m/s, Binədə 23 m/s, Çilov adası, Pirallahıda 20 m/s, Zabratda 18 m/s, Neft Daşlarında 22 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4.5 metrə çatıb.
banner

Oxşar Xəbərlər