• cümə, 20 Noyabr, 23:35
  • Baku Bakı 15°C

Xəritələrin Azərbaycana verilməsi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir

04.07.21 12:30 290
Xəritələrin Azərbaycana verilməsi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir
Daha iki rayonla bağlı minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir. Bu diplomatik uğur yüzlərlə, minlərlə vətəndaşımızın həyatının qorunması baxımından da mühüm addımdır.
BunuAZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. O qeyd edib ki, Ermənistanın daha iki rayonu – Füzuli və Zəngilanın minalanmış xəritəsini Azərbaycana verməsi ölkə başçısının növbəti diplolmatik qələbəsidir və bu qələbə Ali Baş Komandanımızın gücündən, onun hərbi müstəvidəki uğurlarının diplomatik müstəvidə müvəffəqiyyətlə davam etdirildiyindən xəbər verir.
Polkovnik bildirib ki, Azərbaycan daha iki rayonla bağlı xəritəni Ermənistandan almaqla sübut etdi ki, o, hərbi müstəvidə olduğu kimi, diplomatik müstəvidə də diktə edən tərəfdir və Ermənistan bu müstəvidə də Azərbaycana müqavimət göstərə, öz şərtlərini diktə edə bilməz. Bu baxımdan iki rayonunun minalanmış əraziləri ilə bağlı xəritələrin Azərbaycana verilməsi hərbi müstəvidəki zəfərimizin diplomatik müstəvidə davamı hesab edilə bilər.
Cəlil Xəlilov vurğulayıb ki, bu uğur minlərlə insanın həyatının xilas edilməsi deməkdir: "Minalanmış ərazilərin xəritəsinin əldə edilməsi yüzlərlə, minlərlə insanın həyatının xilas edilməsi baxımından da olduqca önəmlidir. Bildiyiniz kimi, müharibədən sonra bir çox vətəndaşımız Ermənistanın basdırdığı minalara düşərək həlak oldu və ya ağır xəsarətlər aldı. Mina xəritəsinin əldə edilməsi bu təhlükəni də aradan qaldırır. Buna görə də, ölkə başçısının növbəti diplomatik qələbəsi bütün aspektlərdən son dərəcə uğurlu addım və böyük müvəffəqiyyət hesab edilməldir”.
banner

Oxşar Xəbərlər