• çərşənbə, 24 Aprel, 06:36
  • Baku Bakı 13°C

Xələf Xələfov: “Türkiyənin dəstəyi Azərbaycanın çətinliklərlə mübarizəsində açar rol oynayıb”

14.01.22 15:02 240
Xələf Xələfov: “Türkiyənin dəstəyi Azərbaycanın çətinliklərlə mübarizəsində açar rol oynayıb”
14 yanvar Azərbaycan üçün önəmli bir tarixdir. 30 il əvvəl bu gün Azərbaycanla Türkiyə arasında imzalanan protokolla diplomatik münasibətlər təsis edilib.
Kaspi.az-ın xəbərinə görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xarici İşlər Nazirliyində Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30 illiyi münasibətilə keçirilmiş tədbirdə bildirib.
Nazir müavini deyib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub.
"Türkiyənin dəstəyi Azərbaycanın çətinliklər və təhlükələrlə mübarizəsində açar rol oynayıb”, - XİN başçısının müavini vurğulayıb.
O, Azərbaycan üçün 1990-cı illərin zor illər olduğunu xatırladıb. "30 ildə haradan başladıq və hansı zirvələrə yüksəldik”.
banner

Oxşar Xəbərlər