• şənbə, 20 Aprel, 16:48
  • Baku Bakı 23°C

Xarici ölkələrdə yaşayan etnik ukraynalılar ikinci vətəndaşlığı ala biləcəklər

18.07.19 15:15 22970
Xarici ölkələrdə yaşayan etnik ukraynalılar ikinci vətəndaşlığı ala biləcəklər
Xarici ölkələrdə yaşayan etnik ukraynalılar ikinci vətəndaşlığı ala biləcəklər.
AZƏRTACxəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bu barədə mexanizmin hazırlanması üçün Xarici İşlər Nazirliyinə tapşırıq verib.
Ukrayna Prezidenti Ofisinin yaydığı məlumatda qeyd edilir ki, Ukrayna ilə dost olan ölkələrdə yaşayan ukraynalılar ikinci vətəndaşlığı almaq şansını əldə edəcəklər. XİN bunun mexanizmini hazırladıqdan sonra Ukrayna Prezidentinin təşəbbüsü ilə qanunvericiliyə etnik ukraynalıların ikinci vətəndaşlıq almaq üçün dəyişikliklər ediləcək.
Qeyd edək ki, Ukrayna qanunvericiliyinə görə, hazırda ikinci vətəndaşlıq almaq qadağandır.
banner

Oxşar Xəbərlər