• şənbə, 20 Aprel, 15:03
  • Baku Bakı 23°C

Xarici kəşfiyyata işləyən Azərbaycan vətəndaşı saxlanılıb

16.08.22 12:00 636
Xarici kəşfiyyata işləyən Azərbaycan vətəndaşı saxlanılıb

Son bir il ərzində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 1 nəfər Azərbaycan vətəndaşı saxlanılıb və 6 nəfər şübəli şəxs qismində müəyyənləşdirilib.

Kaspi.az-ın məlumatına görə, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenat Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, terrorçuluğa qarşı mübarizə çərçivəsində 6 nəfər şəxs saxlanılıb: “Qanunsuz müqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 14 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib”.

banner

Oxşar Xəbərlər