AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Xarici işlər nazirlərinin Tehranda görüşü planlaşdırılır

Xarici işlər nazirlərinin Tehranda görüşü planlaşdırılır

Təfsilat
23 Sentyabr 2021, 15:45 115
Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirlərinin Tehranda görüşü planlaşdırılır.
Trend-in İran KİV-ə istinadən məlumatına görə, bu barədə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 76-cı sessiyası çərçivəsində İran və Türkiyənin xarici işlər nazirləri - Əmir Abdulahian və Mövlud Çavuşoğlu arasındakı görüş zamanı qərara alınıb.
Görüşdə regiondakı vəziyyət müzakirə edilib.
Qeyd olunub ki, Qarabağın azad edilməsi nəticəsində regionda yeni siyasi reallıqlar yaranıb. Bu baxımdan region dövlətləri məsləhətləşmələr aparmalıdır.
Görüşdə qərara alınıb ki, Türkiyə, Azərbaycan və İranın xarici işlər nazirləri Tehranda görüş keçirərək yeni reallıqlardan doğan məsələləri müzakirə etsinlər.
Görüşün vaxtı hələlik müəyyən edilməyib. Lakin hər 3 ölkənin xarici işlər nazirlikləri görüşün təşkili ilə əlaqədar texniki məsələləri müzakirə edəcəklər.