• cümə axşamı, 28 mart, 21:19
  • Baku Bakı 13°C

Xaricdə yaşayan yaponlar ümumi seçkilərdə səs verməyə başlayıblar

12.10.17 09:25 821
Xaricdə yaşayan yaponlar ümumi seçkilərdə səs verməyə başlayıblar
Xaricdə yaşayan yaponlar ölkə parlamentinin aşağı palatasına keçirilən seçkilərdə səs verməyə başlayıblar.
AZƏRTACNHK telekanalına istinadla xəbər verir ki, oktyabrın 11-də ölkədən kənarda yerləşən 223 məntəqədə, o cümlədən səfirlik və konsulluqlarda səsvermə prosesinə start verilib.
Xaricdə səs vermək üçün 101 mindən artıq seçicinin qeydiyyatdan keçdiyi bildirilir. Onlar vətəndə son yaşayış yerlərindəki dairə üzrə namizədlərə, həmçinin proporsional seqment üzrə səs vermək hüququna malikdirlər.
Səsvermə müddətinin bitməsi regionlardan asılı olaraq fərqlənir və onun oktyabrın 16-da başa çatacağı gözlənilir.
Bundan sonra səfirliklərin rəsmi nümayəndələri həmin bülletenləri Yaponiyaya gətirərək təhvil verəcək və onlar oktyabrın 22-də keçiriləcək ümumi səsvermədən sonra sayılacaq.
banner

Oxşar Xəbərlər