• çərşənbə, 17 Aprel, 03:26
  • Baku Bakı 14°C

Xaricdə təhsil alan məzunların 60 faizi özəl, 40 faizi dövlət sektorunda çalışır

21.11.18 15:00 493
Xaricdə təhsil alan məzunların 60 faizi özəl, 40 faizi dövlət sektorunda çalışır
Dövlət proqramı çərçivəsində xaricdə təhsil alan məzunlarla bağlı hər il yerli işəgötürənlərə, dövlət orqanlarına təkrar məlumat veririk.
Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, "2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3 558 Azərbaycan gənci nüfuzlu xarici ali məktəblərdə bütün ali təhsil səviyyələri üzrə təhsil alıblar. Onların əksəriyyəti təhsillərini başa çatdıraraq ölkəyə qayıdıblar və müxtəlif sahələrdə çalışırlar.
C.Bayramov bildirib ki, həmin məzunların 60 faizi özəl, 40 faizi dövlət sektorunda çalışır: "Sevindirici haldır ki, Azərbaycana qayıtmış həmin gənc məzunlar həm də ali məktəblərdə dərs deyirlər. Bu gün dövlət proqramı çərçivəsində təhsil alan yüzlərlə Azərbaycan gənci öz pedaqoji akademik fəaliyyətləri ilə ali təhsilə töhfə verirlər".
Nazir Azərbaycan gənclərinin süni intellekt istiqaməti üzrə təhsil alması məsələsinə toxunaraq deyib ki, bu, hazırda bütün dünyada çox aktual mövzudur: "Bizim gənclərimiz həmin sahə üzrə doktorantura səviyyəsində təhsil almaq üçün müraciət edərsə, çox şad olarıq. Gənc özü araşdırma apararaq, həmin təhsil proqramı haqqında məlumat toplamalıdır. Dövlət yalnız həmin proqramın maliyyələşməsinə yardım edə bilər".
banner

Oxşar Xəbərlər