• çərşənbə axşamı, 23 aprel, 21:35
  • Baku Bakı 20°C

Xamneyi: Britaniyanın addımı cavabsız qalmayacaq

16.07.19 15:06 27836
Xamneyi: Britaniyanın addımı cavabsız qalmayacaq
İran İslam Respublikası neft tankerinin saxlanılmasını cavabsız qoymayacaq.
Trend-in məlumatına görə, bunu İranın dini lideri Ayətulla Əli Xamneyi İranda imamların toplantısında deyib.
İranın dini lideri əlavə edib ki, Britaniya dəniz quldurluğu edir, İranın gəmisini oğurlayır və onu qanuniləşdirir.
Xatırladaq ki, 4 iyulda Cəbəllütariq boğazında Britaniya Dəniz Qüvvələri İrana məxsus neft tankeri saxlayıblar.
Cəbəllütariq neft tankerinin Suriyaya getdiyi və Avropa İttifaqının Suriyaya tətbiq etdiyi sanksiyaları pozduğuna görə saxlanıldığı bildirilir.
banner

Oxşar Xəbərlər