• çərşənbə, 17 Aprel, 03:41
  • Baku Bakı 14°C

Xalq artisti Cahangir Cahangirovun anadan olmasından 100 il ötür

20.06.21 11:30 293
Xalq artisti Cahangir Cahangirovun anadan olmasından 100 il ötür
Bu gün Xalq artisti, görkəmli bəstəkar Cahangir Cahangirovun anadan olmasından 100 il ötür.
APAbildirir ki, Cahangir Şirgəşt oğlu Cahangirov 20 iyun 1921-ci ildə Balaxanıda anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. 1949-cu ildən Azərbaycan radiosunun nəzdində yaradılan xora 15 ildən artıq rəhbərlik edib.
Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb. "Arazın o tayında” poeması, "Dostluq mahnısı” kompozisiyası, "Azad” və "Xanəndənin taleyi” operaları, "Füzuli”, "Nəsimi”, "Aşıq Alı” kantataları, "Sabir” oratoriyası xor musiqisi sahəsində maraqlı əsərlərindəndir. Bəstəkarın "Ana”, "Aylı gecələr”, "Bakı”, "Dan ulduzu, bir də mən”, "Ay qız”, "Ala göz” və başqa mahnıları dillər əzbəridir. Nizaminin 800 illik yubileyi günlərində şairin sözlərinə "Gül camalın” romansını və xor üçün "Qəzəl” əsərini, Nəsiminin 600 illik yubileyi münasibətilə "Ənəlhəq” adlanan mahnı-romans əsərini yazıb.
Cahangir Cahangirov 1992-ci il martın 25-də vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
banner

Oxşar Xəbərlər