• cümə axşamı, 28 mart, 14:53
  • Baku Bakı 16°C

Xahiş edirlər ki, kompensasiyanın azaldılmasına razılaşsın

17.04.20 13:15 581
Xahiş edirlər ki, kompensasiyanın azaldılmasına razılaşsın
"Tottenhem” rəhbərliyi klubun sabiq baş məşqçisi Maurisio Poçettinoya müraciət edib.
Kaspi.az xəbər verir ki, rəhbərlik Poçettinodan xahiş edib ki, ona ödənilən kompensasiyanın azaldılmasına razılıq versin. Klub rəsmiləri koronavirusa görə yaranan durumun nəzərə alınmasını istəyiblər.
Rəhbərlik ümid edir ki, argentinalı mütəxəssis onların xahişini nəzərə alacaq. "Tottenhem” Poçettinonu istefaya göndərdiyi üçün ona il ərzində kompensasiya kimi 9,7 milyon avro ödəyir.
Mourisio 2019-cu ilin noyabrında istefaya göndərilib.
banner

Oxşar Xəbərlər