• çərşənbə, 24 Aprel, 22:51
  • Baku Bakı 23°C

“Washington Post”: Qarabağ müharibəsində payı olan TB2-lər Ukrayna üçün ilhamvericidir

17.01.22 10:00 509
“Washington Post”: Qarabağ müharibəsində payı olan TB2-lər Ukrayna üçün ilhamvericidir
Azərbaycanın Qarabağ müharibəsində Ermənistana qalib gəlməsində payı olan "Bayraktar TB2” pilotsuz uçuş aparatları (TB2)Ukrayna üçün ilhamvericidir.
"Report”xəbər verir ki, bu fikirlər ABŞ-ın "Washington Post” qəzetindəki məqalədə yer alıb.
Nəşr qeyd edib ki, İkinci Qarabağ müharibəsində mühüm rol oynamış Türkiyə istehsalı olan "Bayraktar TB2” pilotsuz uçuş aparatları (PUA) Ukrayna ordusunun arsenalında mühüm yer tutmağa başlayıb.
Qəzetin bununla bağlı məqaləsində ekspertlərin də fikirləri yer alıb.
Qeyd edək ki, ikinci Qarabağ müharibəsində mühüm rol oynamış "Bayraktar TB2” pilotsuz uçuş aparatlarının alıcısı olan ölkələrin sayı artıb. PUA-lar Azərbaycandan sonra Ukrayna, Polşa, Mərakeş, Efiopiya, Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan, Tunis, Liviya, İraq və Suriyaya da ixrac edilir. Bununla yanaşı, Macarıstan, Serbiya, Nigeriya, Anqola, Qətər və Albaniya Türkiyə istehsalı olan PUA-larla maraqlanır.
banner

Oxşar Xəbərlər