• cümə axşamı, 28 mart, 14:25
  • Baku Bakı 16°C

Vyetnam prezidenti Kim Çen Inı rəsmi səfərə dəvət edib

23.02.19 14:30 500
Vyetnam prezidenti Kim Çen Inı rəsmi səfərə dəvət edib
KXDR lideri Kim Çen In Vyetnam Sosialist Respublikasının Prezidenti Nquen Fu Çonqun dəvəti ilə bu ölkəyə rəsmi səfər edəcək.
AZƏRTACxəbər verir ki, bu barədə Vyetnam Xarici İşlər Nazirliyi məlumat yayıb. Xarici siyasət idarəsinin məlumatında Kim Çen Inın səfərinin yaxın günlərdə baş tutacağı bildirilir. Bu, son 55 ildə KXDR ali rəhbərinin Vyetnama ilk rəsmi səfəri olacaq.
Səfər zamanı Kim Çen Inın Vyetnam prezidenti ilə danışıqlardan əlavə, ölkənin şimalındakı bəzi aparıcı kənd təsərrüfatı və sənaye obyektlərinə də baş çəkəcəyi gözlənilir.
Səfərin dəqiq vaxtı barədə məlumat verilmir.
banner

Oxşar Xəbərlər