• cümə, 29 Mart, 17:18
  • Baku Bakı 14°C

VTB (Azərbaycan) “Ümid yeri” uşaq sığınacağına kompüter sinfi hədiyyə edib

31.01.17 17:37 747
VTB (Azərbaycan) “Ümid yeri” uşaq sığınacağına kompüter sinfi hədiyyə edib
Bank VTB (Azərbaycan) ictimaiyyətin dəstəyinə ehtiyacı olan uşaqlar üçün növbəti xeyriyyə aksiyası keçirib. Bu dəfə bank "Ümid yeri” sığınacağındakı uşaqlara tam təmirli və təchiz olunmuş kompüter sinfi hədiyyə edib.
VTB (Azərbaycan) uşaqlara 10 kompüter və printer hədiyyə etməklə yanaşı, sinfi kompüter masaları və oturacaqları ilə, eləcə də sənəd və geyim üçün dolablarla təmin edib. Bununla yanaşı, sığınacağa iki mətbəx və yumşaq mebel dəsti, gündəlik tələbatda lazım olan əşyalar hədiyyə edib.
Kompüter sinfinin açılış günü bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev və Rus icmasının rəhbəri, millət vəkili Mixail Zabelin uşaqların qonağı olub, onların problemləri, eləcə də təhsil və tərbiyələri ilə maraqlanıb.
Öz fəaliyyətində bank VTB (Azərbaycan) korporativ sosial məsuliyyətə xüsusi diqqət ayırır və ölkənin təhsil, mədəniyyət, idman və səhiyyə sahəsindəki layihələri dəstəkləyir. Bankın əsas məqsədi uzunmüddətli kömək göstərməkdir. Kompüter sinfi hesabına "Ümid yeri” sakinləri müasir texnologiyaları mənimsəmək və kompüterdə işləməyi öyrənmək imkanı qazanıblar, uşaqlar internetdəki geniş məlumat bazasına çıxış əldə edib məktəb tapşırıqlarına daha yaxşı hazırlaşa biləcəklər.

banner

Oxşar Xəbərlər