• cümə axşamı, 25 aprel, 14:00
  • Baku Bakı 23°C

“VSEVOLOD NEKRASOV. NƏHƏNG MİNİMALİZM”

03.12.15 13:16 1789
“VSEVOLOD NEKRASOV. NƏHƏNG MİNİMALİZM”
Vsevolod Nekrasov - avanqard poeziyanın əsas klassikidir. Təəccüblüdür, Nekrasov bəzən iki-üç sözdən ibarət qarışıq konfiqurasiyada və ardıcıllıqda şeirin mistikasını yaradır, özünəməxsus lirik-fəlsəfi əsərlər qələmə alırdı.
Qış
Qış qış
Qış qış qış
Qış qış qış qış
Qış
Qış
Qış
Və Yaz
Sadəcə iki söz - amma tam əhval-ruhiyyə təqdim edilir. Yaxşıya ümid yaranır. Tez ya gec qış kədərinin keçəcəyinə inanırsan və baharın ümidləri tumurcuqlayacaq. Demək, yaşamaq lazımdır. Heç nəyə baxmayaraq yaşamaq. Bəli, V.Nekrasov öz qeyri-adi manerası ilə məhz bu haqda danışır.
V.Nekrasov müxtəlif şeirlər yazıb. Bu sıraya vizual poeziya və hətta qafiyəli şeirlər də daxildir.
Məsələn:
Səmada
duman
dənizdə kömür
Bu şəhər
Mariupoldur
Qısa, amma aydın. Şəhər ovcunun içi kimi görünür.
Nekrasovun şeir dili “küçə” dilidir, bayquş dilidir, təcrid olunmuş və ikiqat reflekslə qapalı, həm də əlavə vasitələrlə zəngin bir dildir. Özünün “Poeziya fakt olaraq” kitabında Vladislav Kulakov dəqiq yazır:
“Nekrasov sosial dildən öz şeirlərində geniş istifadə edir, indiki halda bu şeirdə (“Azadlıq” şeiri nəzərdə tutulur) sovet təbliğatının dili açıq-aşkar hiss olunur. Və dilin xüsusiləşməsi üçün ən mühüm vasitə sözlərin məhdudlaşdırılmasıdır, leksik cəhətdən təkrarıdır. Təkrarlar sanki sözü mənadan uzaqlaşdırır, refleks hissini, vərdişləri, ətalət qaydasını pozur və eyni zamanda həmişə təsirli, kəskin “tərpənişli” intonasiya yaradır”.
Mənə Vsevolod Nikolayeviçlə tez-tez ünsiyyətdə olmaq xoşbəxtliyi nəsib olub. O, mənə zəng edir, “Ranın uşaqları” və “Zinziver” adlı jurnallarımızı alırdı. Bunları ona hədiyyə etmək istəyəndə qürurla etiraz edirdi.
Ümumiyyətlə o, xırdaçı və mürəkkəb adam idi.
***
Qısa arayış:
Vsevolod Nekrasov 1934-2009-cu illər aralığında yaşayb. O, məşhur rus şairi, incəsənət nəzəriyyəçisi, “ikinci rus avanqard üslubunun” liderlərindən biri və “Moskva konseptualizm”inin yaradıcısıdır.
Moskvada yaşamış, Moskva dövlət pedaqoji institutunun filologiya fakültəsini bitirmişdir. Yan Satunovski, İqor Xolin, Henrix Sapgirlə bərabər “Lionozov qrupu”na daxil olmuşdur.
Yenidənqurma illərinə qədər mətnləri qeyri-rəsmi nəşrlərdə, məsələn “Sintaksis”, “37” jurnallarında, “Apollon-77” toplusunda çap olunub. 1989-cu ildən başlayaraq şeir və məqalələrdən ibarət 7 kitabı işıq üzü görüb. Mətnləri əksər Avropa dillərinə tərcümə olunub.
***
AZADLIQ
Azadlıq var
Azadlıq var
Azadlıq var
Azadlıq var
Azadlıq var
Azadlıq var
Azadlıq elə azadlıqdır
***
PUŞKİN
Və burda da Puşkin
burda da Puşkin
burda da
Puşkin
və Lenin
Puşkin
və Stalin
Puşkin
və Xolin
Bəs kimdir
sizin sevimli şair
Puşkin
və Vinni-Pux
***
İnsanlar yaşayıb axı
yaşayıb
yaşayıb insanlar
yaşayıb insanlar
yaşayıb insanlar
yaşayıb insanlar
yaşayıb
və heç nə
VLADİSLAV ANTONOVİÇ KOVALEV
RUS POSTMODERN ŞEİRİNDƏ MİNİMALİZM
Məqalə şeir misralarının azaldılması yönündə
eksperimental üsulların analizinə,
şeirdə estetik yüklənməyə həsr olunur
Müasir rus şeirinin minimalizmi haqqında danışarkən ilk öncə onu qeyd etməliyik ki, statistik, dinamik formalar poeziyanın perspektivli ideyalarından bəhs olunmasına rəvac verir. Şeirin minimallaşdırılması müasir poeziyanın ən böyük problemlərindən biridir, çünki şeir anlayışı üfüqi-şaquli formalı (bədii fenomen kimi bir-birinə qarşı qoyulan) obyektlərin yaranması ilə müqayisə olunur. Bu mənada bir misra ilə əhatələnmə şeirin şaqulilik prinsipinə xələl gətirir. Minimallaşdıra isə mətnə qeyri-müəyyənlik verir ; söz, heca, işarə və fikir səviyyəsində ixtisara gətirib çıxarır.
Ədəbiyyatşünaslıqda artıq təksətirli mətnlər üçün terminlər sistemi müəyyən olunmuşdur (təkmisra, monoşeir və s.), digər fenomenlərin adı isə mahiyyətini daha aydın nəzərə çatdırır - “təksözlü şeir”, “bəyaz sükut”, “poetik susqunluq”, “azad mətn” və s.
Onu da qeyd etməliyik ki, artıq ənənəyə çevrilən təkmisralar hələ də universal təfsirə malik deyil. Məsələn, “Ədəbi ensiklopedik lüğət”də monoşeirin təyini “bir misralı şeir” kimi göstərilir.
Monoşeirlə eyni sıraya müəyyən olunmuş ölçü və ritmi qoruyub saxlayan qaydalar təfsirini də əlavə etmək olar. Lakin bütün bunlar xarici görünüşünə görə şeirə bənzəyən tək misralı əsəri şeir adlandırmaq üçün yetərli deyil. İlk öncə fikrin emosional tələffüz qaydalarını özündə birləşdirməsi öyrənilməlidir. Bütün bunlarla bərabər qeyd etməliyik ki, mini formaların təşəkkülü üçün də müəyyən qaydalar var - klassik növdə olan ənənəvi monoşeirlər avanqard sistemdə qərar tutduğu kimi, klassik şeir də qeyri-klassik növlə paralel inkişaf edir. “Son zamanlar verlibr janrının geniş vüsət tapması ilə əlaqədar olaraq yeni növ şeirləri təyin etmək üçün “udeteron” – “nə o, nə bu”, “nə şeir, nə nəsr” terminlərindən istifadə olunur”. -Sergey Biryukovun monoşeirə həsr olunmuş məqaləsindən. Əsasən bu termini verlibr araşdırmaçısı Vladimir Buriç işlədir. Ədəbiyyatşünas Sergey Kormilov isə “udeteron”u “həm bu, həm də başqası” kimi, həm şeirə, həm də nəsrə aid etmişdir.
Bundan öncə isə rus avanqard janrını tədqiq edən Vladimir Markov “təkmisra şeir haqda traktat” əsərində qeyd edir: “təkmisralı şeirlər məşhur ölçülərə və növlərə uyğun gəlmirsə, təkmisralı verlibrə bənzəyəcək.” Tədqiqatçı əhəmiyyətli dərəcədə təyin edir ki, təkmisra məhz V.Bryusovun eksperimentlərindən sonra geniş yayılmağa başladı. Hərçənd şair özü bu eksperimentlərə əhəmiyyət vermirdi.
Qədim klassik şeiri və XX əsr müxtəlif dilli Avropa şairlərinin əsərlərini yunan və latın monoşeirindən ayıran ilk təsnifatın müəllifi də məhz V.Markov olmuşdur. O, təkmisranın yazılmasında dörd ayrı ənənəni müəyyən etmişdir: “yunan-roma epitafiya-epiqramması”, “mürəkkəb impressionizmin romantik fraqmenti”, “atalar sözləri əsasında yaranan təkmisralar” və başqa ekzotik formaların avropa mühitində yerləşməsi. Bundan başqa Markov monoşeirin aforizmlə uyğunlaşmasını, antik şairlərin şeir qalıqları arasında, o cümlədən sətirlər arasında udeteronun yığcamlığına dair nümunələri ön plana çəkmiş və öz təsnifatını “tək söz”, “sərbəst qafiyələr”, “tək hərfli” şeirlər və nəhayət “ağ vərəq” və ya “poetik sükut”un tədqiqi ilə davam etdirmişdir.
“Rus şeir quruluşunun yazılı sistemi” adlı unikal monoqrafiyada S.İ.Kormilov monoşeirə tam fərqli, geniş izah verir: “Ədəbi monoşeir poetik konteks sayəsində” geniş anlamda öyrənilir. Monoşeir klassik şeirə ölçü ilə yaxınlaşmır, onunla birbaşa əlaqəlidir. “Udeteron” anlayışı isə yığcam hecada əsas rol oynayır. Poeziyada hətta bircə “Y” hərfi (Vasilisk Qnedovun “poema”larından biri) - şeir funksiyalarını özündə əks etdirir. Nə yığcam, nə ədəbi monoşeir yetərli şeir forması sayıla bilməz. Bütün hallarda bu və ya digər təsdiq vasitələrindən - poeziya və ya birbaşa incəsənətdən dəstək tələb edir.
Müasir poeziyanın bütün qəbul edilmiş formalarında olduğu kimi müasir monoşeirdə də bədii mətnin minimallaşmasının problemləri istiqamətində müxtəlif yollar və həll üsulları /qapalı və klassik növdə olan monoşeir/ “avanqard” monoşeirin təşəkkülünə mane olmur. S.İ.Kormilova görə müasir lirikada çoxlu sayda təkmisra peyda olmuşdur. 80-ci illərin sonunda bir-birinə əks formaların özünəməxsus yaxınlaşması və sırf horizontal ritmlə monoşeir və misraların tam vertikallığı sayəsində çox maraqlı hadisə - verlibr yaranmışdır. Şair və avanqard janrın tədqiqatçısı Vladimir Erlin yaradıcılığı da məhz bu qaydaya söykənir. Həm də onun monoşeirlərindən biri rus poeziyasında əvvəllər rastlanmayan üfüqi-şaquli formalı idi. Onlar şairi bu kimi şaquli mətnlər sayəsində Uzaq Şərq müəllifləri ilə yaxınlaşdırır.
Beləliklə minimal bədii həcmin problemləri mənimsənilmənin qəbul edilmə ənənəsinə söykənir. Bu arada da M.L.Qasparov ədalətlə qeyd edir ki, bu cür şeirlər inkişaf etmiş poetik ənənələrin mədəniyyətinin içərisində mümkündür.
Bir çox tədqiqatçılar tam məntiqlə qeyd edir ki, minimalizasiyanın problemi özlüyündə xalq yaradıcılığından gəlmə və fenomen təməlli olmasıdır. Məhz elə buna görə onların məqsədəuyğun təsnifatında sabitlik, dinamiklik ön plana çəkilir. Bununla bağlı növbəti məlumatı gözdən keçirək:
A) Braxikolon – xalis görünüşdə nadir olaraq rast gəlinir və əsasən mütənasib strukturda yazılır.
cəsarət
məhdudlaşma
ağrı
dəniz
işıq
ölüm
həyat
yumaq – Vladislav Struçkov
İstisna olaraq şair Bonifatsinin yaradıcılığından çoxsaylı nümunələri, bu əsasda yaranan avanqard mətnləri və hətta poemaları (“Hər dəfə 40 dəfə”) misal göstərmək olar.
B) Braxikolonsayağı formalar - sətirlərin verbal həcmi, söz və şəkilçinin uyğunlaşması ilə xarakterizə olunur.
C) Bir sözlü mətnlər-ön planda əsasən lirik-minimalist formalar irəli sürülür.
7.
Mən.
33.
A-a.
45.
Darvaza.
Bu sıraya ayrı-ayrı sözlərdən yaranmış şeir strukturları aid etmək olar:
Not
Şam
Ulduz
Akkord -A.Krestovikovski
D) Klassik monoşeir - poeziyanın ənənəvi, yüngül forması. Bu formalı şeirlərin ən məşhur nümayəndəsi - Vladimir Vişnevskidir. Mətnlərinin əksəri 5 sütunlu kişi və qadın katalektik (sonuncu misrası yarımçıq və yadda qalmayan) “yamb” (daha çox antik dövr ədəbiyyatında rast gəlinən, iki hecalı (durğusuz qısa heca+durğulu uzun heca) şeir forması) formalıdır. “Ah, mənə azacıq kofe dəmlə!”- 5 sütunlu yamb, qadın sonluğu. “Gəncliyimdə bütün qızlara zəng edərdim” - 5 sütunlu yamb, kişi sonluğu. Digər ölçülərdə 6 sütun və hətta üç hecalı sözlərdən də istifadə olunur. “Səni gözlədim, gözlədim, artıq üşüdüm” – 6 sütunlu yamb, qadın sonluğu. “Hətta mənim süqutum da sərbəst deyil” - 4 sütunlu amfibraxi (ikinci hecada daha güclü durğulu forma) və s.
E) Ritm seçilməyən monoşeir - “İnsan olmaq darıxdırıcıdır” - ləhcə fərqinə nəzərən 2 sütunlu anapest (üç hecalı sözlərdən ibarət şeir ölçüsü. Bölgü olaraq,iki qısa heca, bir uzun heca olmaqla durğu əsasən üçüncü hecaya düşür.
Ən çətin forma isə “ağıllı” monoşeir sayılır. Forma söz və ayrı-ayrı hissələrin birləşməsi əsasında yaranır. Bu, artıq minimalist şeirin çərçivəyə salınmış modelidir.
Ümumiyyətlə bu yoldakı eksperimentlər heç də həmişə uğurlu olmur. Məsələ isə bütün bu və başqa modellərin istifadəsi həddində klassik şeir modelinə qarşı rus mentalitetinin mühafizəkarlığından irəli gəlir.
YEVGENİY STEPANOV
banner

Oxşar Xəbərlər