AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Voleybolçumuz Fransa çempionatında növbəti qələbəsini qazanıb

Voleybolçumuz Fransa çempionatında növbəti qələbəsini qazanıb

İdman
20 Yanvar 2020, 18:30 1061
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Alyona Həsənova Fransa çempionatında növbəti qələbəsini qazanıb.
 
AZƏRTAC xəbər verir ki, voleybolçumuzun çıxış etdiyi "Le Kannet” komandası Fransa çempionatının 16-cı turunda "San-Rafael” klubu ilə qarşılaşıb. Görüş "Le Kannet” komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Millimizin blokçusu bu oyunda 14 xal toplayıb.
Qeyd edək ki, hesabında 32 xal olan "Le Kannet” turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.