• cümə axşamı, 28 mart, 15:00
  • Baku Bakı 16°C

Vladimir Zelenski: Yeni Baş Nazir müstəqil və peşəkar iqtisadçı olmalıdır

21.07.19 16:45 16560
Vladimir Zelenski: Yeni Baş Nazir müstəqil və peşəkar iqtisadçı olmalıdır
Ukraynanın yeni Baş Naziri peşəkar iqtisadçı olmalı və hər hansı siyasətlə bağlılığı olmamalıdır.
AZƏRTACxəbər verir ki, növbədənkənar parlament seçkilərində səsvermədən sonra bu barədə jurnalistlərə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.
V.Zelenski Baş Nazir seçimində mövqeyinin dəyişməz qaldığını açıqlayıb: "Hesab edirəm ki, Ukraynanın yeni Baş Naziri tam müstəqil, peşəkar iqtisadçı olmalıdır. Nə vaxtsa Baş Nazir, spiker, hansısa partiyanın lideri olmayan şəxs yeni Baş Nazir postuna layiqdir. Hazırda bununla bağlı məsləhətləşmələr aparılır”.
Qeyd edək ki, bu gün Ukraynada növbədənkənar parlament seçkiləri keçirilir. Yeni parlament formalaşandan sonra Ukraynanın yeni Baş Naziri seçiləcək.
banner

Oxşar Xəbərlər