• cümə, 19 Aprel, 05:43
  • Baku Bakı 18°C

Vladimir Putinə sui-qəsd cəhdi olub

16.01.19 14:30 515
Vladimir Putinə sui-qəsd cəhdi olub
Rusiya PrezidentiVladimir Putinə Serbiyayasəfəri zamanı sui-qəsd hazırlamaqda şübhəli bilinən 21 yaşlıArmina Alibaşiçadlı bir nəfər tutulub.
"Report” xəbər verir ki, məlumatı Serbiyanın "Pravda” qəzeti yayıb.
Bildirilib ki, polis patrul xidmətinin əməkdaşı Armin Alibaşiçi Novi-Pazar şəhəri yaxınlığında Potok qəsəbəsindəki küçədə saxlayıb. Asayiş keşikçiləri onun bel çantasından şübhələniblər. Çantada optik nişangahlı tüfəng aşkarlanıb. Onun yaşadığı evdə aparılan axtarış nəticəsində partlayıcı qurğu üçün komponentlər aşkarlanıb.
Qeyd edək ki, yanvarın 17-də Rusiya Prezidenti Serbiyaya səfər edəcək.
banner

Oxşar Xəbərlər