• cümə axşamı, 28 mart, 18:18
  • Baku Bakı 13°C

Viza rejiminin sadələşdirilməsi istiqamətində iş aparılır

20.06.19 10:15 336
Viza rejiminin sadələşdirilməsi istiqamətində iş aparılır
Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 26 illik tarixi var və bu müddət ərzində ikitərəfli münasibətlər dostcasına inkişaf edib.
AZƏRTACxəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori jurnalistlərə müsahibəsində deyib.
Səfir bildirib ki, iki ölkə arasında enerji sahəsində əlaqələr daha çox inkişaf edib, lakin digər sahələrdə də əməkdaşlıq genişlənməkdədir.
T.Katori əlavə edib ki, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı işlər aparılır. Həm Azərbaycandan Yaponiyaya gedən, həm də Yaponiyadan Azərbaycana gələn turistlərin sayı artmaqdadır.
Səfir vurğulayıb ki, Yaponiya ilə Azərbaycan arasında vətəndaşlar üçün viza rejiminin sadələşdirilməsi istiqamətində iş aparılır.
Diplomat əlavə edib ki, Yaponiyada yeni imperatorun taxta çıxması münasibətilə oktyabr ayında keçiriləcək rəsmi ziyafətə Azərbaycandan da nümayəndə heyəti dəvət olunacaq.
banner

Oxşar Xəbərlər