• cümə axşamı, 28 mart, 18:07
  • Baku Bakı 13°C

Vitse-prezident: "Qarabağ" büdcəsini iki dəfə artırıb"

11.05.20 09:51 521
Vitse-prezident: "Qarabağ" büdcəsini iki dəfə artırıb"
"Xaricdə klublar yayım hüquqları və oyun günləri vasitəsi ilə pul qazanırlar".
"Report"un məlumatına görə, bunu Malta Futbol Assosiasiyasının vitse-prezidentiAleksandr Feneç"Timesofmalta" nəşrinə açıqlamasında deyib.
Funksioner Maltaklublarının oyun günlərində azarkeşlər sayəsində kiçik qazanc əldə etdiyinisöyləyib. O bildirib ki, bu gəlirlə klubu maliyyələşdirmək mümkün deyil.
Feneç klubların yeni gəlir mənbələri tapmalı olduqlarını və bunun üçün avrokubokların ən yaxşı vasitə olduğunu sözlərinə əlavə edib.
Vitse-prezidenti "Qarabağ" və Belarusun BATE klublarını nümunə göstərib: "Avrokuboklarda mərhələ adlamaq klublarımızın gəlirlərini artırması üçün ən yaxşı yoldur. Növbəti mərhələyə yüksələndə UEFA-dan pul alırsan vədaha yaxşı oyunçu gətirmək üçün vəsaiti heyətə sərf edə bilərsən. Avropada bir neçə komandanı buna misal göstərmək olar. Klubumuz Azərbaycan təmsilçisi "Qarabağ"la oynayanda onların 16 milyon avro büdcələri var idi, artıq iki dəfə çoxaldıblar. Eyni vəziyyət BATE-yə də aiddir".
Qeyd edək ki, "Qarabağ" 2014-cü ildə Çempionlar Liqasının II təsnifat mərhələsində Maltanın "Valletta" klubu ilə qarşılaşıb. Ağdam təmsilçisi Bakıda 4:0, səfərdə isə 1:0 hesablı qələbə qazanıb.
banner

Oxşar Xəbərlər