• cümə axşamı, 25 aprel, 09:48
  • Baku Bakı 14°C

Virciniya Racci: Romanın ictimai nəqliyyat şirkətini iflasolmadan xilas edəcəyik

09.09.17 09:15 982
Virciniya Racci: Romanın ictimai nəqliyyat şirkətini iflasolmadan xilas edəcəyik
Romanın ictimai nəqliyyat şirkətinin (ATAC) iflasa uğrama riski var, amma biz onu xilas edəcəyik, şirkət dövlət mülkiyyətində qalacaq və onun əməkdaşlarının işdə qalmasına təminat veriləcək.
AZƏRTACİtaliyanın "ANSA” agentliyinə istinadən xəbər verir ki, bu fikri Roma meri Virciniya Racci ATAC-ın problemlərini həll etmək məqsədilə keçirilən şura iclasında söyləyib.
"Şirkətdə ixtisar olmayacaq. Maaş və məşğulluq səviyyələri qorunacaq. Biz işçilərimizin və ictimaiyyətin əməkdaşlığını istəyirik. Məqsədimiz ATAC ictimaiyyətini saxlamaq və onu yenidən canlandırmaqdır. İctimai şirkət yaxşı idarə edildiyi təqdirdə səmərəli xidmət göstərə bilər”, ‒ deyə Roma meri söyləyib.
ATAC-da problemlərin çoxsaylı borclar, istifadəçilər arasında xidmət keyfiyyətinin aşağı səviyyəsi, tez-tez baş verən tətillər və şirkətin bir çox nəqliyyat vasitələrinin pis vəziyyətdə olması səbəblərindən yarandığı qeyd edilib.
banner

Oxşar Xəbərlər