• cümə axşamı, 18 aprel, 16:48
  • Baku Bakı 22°C

Viktor Yanukoviç Ukraynaya qayıdacağına inanır

24.04.19 14:45 447
Viktor Yanukoviç Ukraynaya qayıdacağına inanır
Ukraynanın sabiq Prezidenti Viktor Yanukoviç Vladimir Zelenskinin andiçmə mərasimindən sonra ölkəsinə qayıdacağına inanır.
AZƏRTACyerli mətbuata istinadla xəbər verir ki, bu barədə mətbuata onun vəkili Vitaliy Serdyuk məlumat verib.
Vəkil bildirib ki, V.Yanukoviçin Ukraynaya qayıtması istiqamətində işlər davam etdirilir. "V.Yanukoviçin günahsız olduğunu sübut etmək üçün işlərimizi davam etdiririk, biz buna nail olacağıq”,- deyə vəkil əlavə edib.
Qeyd edək ki, bu ilin yanvarında Kiyev məhkəməsi V.Yanukoviç barəsində 13 il müddətinə həbs qətimkan tədbiri seçib.
banner

Oxşar Xəbərlər