• cümə axşamı, 18 aprel, 22:05
  • Baku Bakı 21°C

VIII qurultayının qətnaməsi qəbul olundu

24.09.22 15:37 914
VIII qurultayının qətnaməsi qəbul olundu

Azərbaycan jurnalistlərinin VIII qurultayının qətnaməsi qəbul olunub.

“Report”un xəbərinə görə, qətnamə layihəsini Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli təqdim edib.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Qətnamədə bir sıra məsələlərlə bağlı qeyd edilib ki, jurnalist adından sui-istifadə halları nəzarətdə saxlanılsın, regional medianın inkişaf etdirilməsi ilə bağlı layihənin hazırlanması və müvafiq qurumlara təqdim olunması təmin olunsun.

Həmçinin, sənəddə qeyd edilib ki, üzvlük haqqını ödəməyən və əsaslı səbəblər olmadan Mətbuat Şurasının VIII qurultayında iştirak etməyənlər üzvlükdən çıxarılsın.

banner

Oxşar Xəbərlər