• cümə, 19 Aprel, 21:09
  • Baku Bakı 24°C

Vətəndaşların sağlamlığının qorunması ən ümdə vəzifədir

12.05.20 15:45 646
Vətəndaşların sağlamlığının qorunması ən ümdə vəzifədir
Koronavirus pandemiyası ümumbəşəri problem olub, dünyanın əksər ölkələrinə yayılıb. Hazırda bu virusa yoluxma halları davam edir.
Bütün dövlətlərdə olduğu kimi Azərbaycan dövlətinin də belə vəziyyətlərdə vətəndaşlarının sağlamlığını qoruması ən ümdə vəzifəsidir. Bu baxımdan dövlət üzərinə düşən vəzifələri artıqlaması ilə yerinə yetirir. Koronavirusa qarşı bütün mübarizə tədbirlərinin operativ təşkili, modul tipli xəstəxanaların inşa edilməsi dövlət tərəfindən həyata keçirilən tədbirlərin bariz nümunələrindəndir. Onu da vurğulamaq lazımdır ki, səhiyyə işçiləri də virusla mübarizədə fədakarlıq, qəhrəmanlıq nümayiş etdirirlər.
Bu barədə Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, həkim-terapevt Aftandil VerdiyevAZƏRTAC-a müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanda formalaşdırılmış müasir səhiyyə sistemi koronavirusla mübarizə sahəsində bütün lazımi tədbirləri həyata keçirməyə imkan verir. Mütəxəssis həmçinin deyib: "COVID-19-a qalib gəlmək üçün dövlətlə yanaşı, vətəndaşların şəxsi məsuliyyəti də mühüm şərtdir. Bu baxımdan müəyyən edilmiş tələblərə uyğun olaraq maska taxmaq, məsafə saxlamaq, tez-tez əlləri yumaq, dezinfeksiya vasitələrindən istifadə etmək bir qayda olmalıdır.
İnsanların bir qisminin qeyri-rəsmi mənbələrə əsaslanaraq koronavirusun varlığına inamsızlığı, qoyulan tələblərə məsuliyyətsiz yanaşması, karantin rejiminin məhdudiyyətlərinin bir qisminin yumşaldılmasına görə arxayınlaşması son günlər yoluxma saylarının artımına səbəb olur. Belə hallar davam edərsə, karantin rejiminin yenidən sərtləşdirilməsi, qaydalara əməl etməyənlərin isə ciddi cəzalandırılması labüddür".
banner

Oxşar Xəbərlər