• şənbə, 20 Aprel, 13:43
  • Baku Bakı 23°C

Vətəndaş müharibəsi astanasında

26.02.21 18:07 1317
Vətəndaş müharibəsi astanasında
Ermənistanda ordu-hökumət gərginliyi ölkəni xaos və böhrana sürükləməkdədir

Ermənistanla bağlı gözləntilər və proqnozlar özünü doğrultmaqdadır. Xaos, ikitirəlik və vətəndaş müharibəsi təhlükəsi bu ölkənin başının üstünü "Domokl qılıncı” kimi kəsdirib. Qarşılıqlı ittihamlar, casus axtarışı, etiraz aksiyaları qonşu dövlətdə adi hala çevrilib. Məğlubiyyətdən dərs çıxarmaq əvəzinə revanşist bəyanatlara üstünlük verən erməni siyasiləri ölkəni, sözün əsl mənasında uçuruma yuvarlayırlar. Baş verən son insident də bunun nəticəsidir. Beləliklə, ötən gündən başlayan ordu-hökumət gərginliyi davam edir. Baş nazir Nikol Paşinyanın istefasını tələb edən nümayişçilər dünən səhər Yerevan mərkəzində çadırlar quraşdırıblar. Müxalifətin "Vətənin xilası hərəkatı”ndan baş nazirliyə namizədVazgen Manukyanəraziyə gəlib. O, vətəndaşlarla söhbətində deyib ki, baş nazirNikol Paşinyanistefaya getməyənəcən gündəlik mitinqlər davam edəcək. Müxalifət lideri qarşıya qoyduqları vəzifənin 90 faiz yerinə yetirildiyini söyləyib. İlkin informasiyaya görə, "Çiçəklənən Ermənistan” və "İşıqlı Ermənistan” müxalifət fraksiyalarının təşəbbüsü ilə parlamentin iclası təyin olunub. Daha öncə təyin olunmuş iclas baş tutmamışdı, çünki hakim "Mənim addımım” fraksiyasının üzvləri iclasa qatılmamışdı. "Radio Azatutyun” Manukyana "Paşinyan bundan sonra istefaya gedə bilərmi?” sualını verib. Manukyanın sözlərinə görə, Paşinyan Baş Qərargahın tələbinin nə demək olduğunu anlamır. "Bu, hökmdür”, – o vurğulayıb. Vazgen Manukyan Paşinyanın dialoq barədə təklifi haqqında suala cavab verərkən deyib ki, baş nazirlə hər hansı məsləhətləşmə aparılmasında məna görmür.
O bildirib ki, hər hansı dialoqun bir məsələsi ola bilər, o da Paşinyanın istefasıdır.
Xatırladaq ki, fevralın 25-də Paşinyan ordu rəhbərliyinin istefa tələblərini rədd edib, ölkədə "çevriliş cəhdi” baş verdiyini deyib. Dünya liderləri isə siyasi böhranın həllindən ötrü tərəfləri de-eskalasiyaya çağırıb. Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılmasına dair baş nazir Nikol Paşinyanın təklifi Ermənistan prezidenti Armen Sarkisyanın ofisinə təqdim olunub.

Prezident baş nazirə qarşı?

Amma prezident qərar verməyə tələsmir. Baş nazirin qərarına cavab vermək üçün prezidentin üç gün vaxtı var.
Ermənistan prezidenti aparatından verilən məlumatda deyilir: "Dövlət orqanlarının normal fəaliyyət göstərməsi naminə prezident indiyədək vəzifəli şəxslərin təyinatı və ya işdən çıxarılmasına prinsipial etiraz etməyib. Lakin hərbi vəziyyətdə və məlum bəyanatdan sonra silahlı qüvvələrin baş qərargah rəisinin vəzifədən kənarlaşdırılması, sadəcə növbəti kadr dəyişikliyi kimi qəbul edilə bilməz.” Bəyanatda deyilir ki, indiki situasiyada heç kim prezidenti siyasi prosesə qatmağa çalışmamlıdır: "Prezidentə hər hansı təzyiq yolverilməzdir. Prezident heç vaxt heç bir siyasi qüvvəni dəstəkləməyib və dəstəkləməyəcək. Öz vəzifələrini yerinə yetirən prezident, müstəsna olaraq dövlətin və xalqın maraqlarından çıxış edir. Prezident Sarkisyan ölkədə sabitlik mühitinin və dözümlülüyün saxlanmasına xüsusi əhəmiyyət verir”.

Yeri gəlmişkən, Paşinyanın növbədənkənar seçkidən söz açması tərəfdarlarının narazılığına səbəb olub. O, tərəfdarlarının "Məxməri inqilaba son!” tələbinə cavab olaraq deyib: "Biz iradəmizi, birliyimizi, qətiyyətimizi korrupsiyalı rejimə təslim etməyəcəyik. Məxmərə son qoyulacaq!” Daha sonra Paşinyan müxalifətə müraciətlə deyib: "Mitinqləri davam etdirsəniz, biz də mitinqləri davam etdirəcəyik. Siyasi bəyanatların sərhədini aşsanız, biz də sizi qanunla dayandıracağıq”. Baş nazir deyib ki, ya prezident Armen Sarkisyan silahlı qüvvələr baş qərargahının rəisi Onik Qasparyanın vəzifəsindən qovulması barədə əmri təsdiq etməli, ya da özü istefaya getməlidir: "Silahlı Qüvvələr: əsgərlər, zabitlər, generallar, sizdən xahiş edirəm, tələb edirəm, öz xidmətinizlə məşğul olun, bura baxmayın. Onik Qasparyan getməlidir, bu əmr icra olunmalıdır, başqa variant yoxdur. Mən gözləyirəm ki, prezident ya fərmana qol çəksin, ya da Onik Qasparyanın özü vəzifəsindən imtina etsin”. Ölkədə simvolik rolu olan prezidentArmen Sarkisyanisə deyib ki, böhranı yoluna qoymaqdan ötrü təcili tədbirlər görür. O, tərəfləri "təmkin və sağlam məntiq göstərməyə” çağırıb.

Bir neçə siyasi partiyanın birləşdiyi müxalif hərəkat baş nazir Nikol Paşinyanın istefasına, keçmiş baş nazir və müdafiə naziriVazgen Manukyanın müvəqqəti baş nazir təyin olunmasına çalışır. Bundan sonra müvəqqəti hökumətin formalaşdırılacağı, vaxtından əvvəl seçki keçiriləcəyi, Manukyanın seçkidə iştirak etməyəcəyi bildirilir. Müxalifət partiyaları deyirlər ki, vaxtından əvvəl seçkini Paşinyanın, yaxud onun siyasi komandasının təşkil etməsini istəmirlər. Çünki onların fikrincə, hakimiyyət bu seçkini saxtalaşdıracaq. Hakim partiya təmsilçiləri isə azad və ədalətli seçki təşkil edə bilməmələri haqda fikirləri rədd edirlər. Onların mövqeyinə görə, hazırda Ermənistanda vaxtından əvvəl parlament seçkisi keçirilməsi üçün ictimai tələb yoxdur.

Son qarşıdurma Ermənistanı hara aparır?

Beləliklə, Ermənistanda ordu ilə hökumətin qarşıdurması necə nəticələnəcək? Bir yanda Baş nazir Paşinyanın, bir yanda müxalifətin aksiyaları necə nəticələnəcək? Bir çox siyasi şərhçilər hesab edirlər ki, ordunun belə davranışının arxasında Paşinyana qarşı olan Rusiya dayanır. Ermənistanda antimüharibə fəalıGeorgi Vanyanda hesab edir ki, Rusiya, "İskander” raket kompleksinin keyfiyyətinə irad tutduğu üçün ona təzyiq edir: "Hesab etmirəm ki, Paşinyan gedəcək. Sadəcə olaraq, Kreml növbəti xəbərdarlığını edir. Paşinyana xatırladırlar ki, bu ölkədə əsas söz sahibi o deyil. 1988-ci ildən bəri Ermənistan bu münaqişənin tilovundadır. Bu da Ermənistana növbəti xəbərdarlıqdır. Amma düşünmürəm ki, Paşinyan gedəcək. Çünki indi siyasi durum elədir ki, Paşinyan hal-hazırda Rusiyanı qane edir. Amma Rusiya həm də Paşinyana demək istəyir ki, nə irəli get, nə də geri”. Lakin Yerevanda başqa bir siyasi şərhçiRiçard Kirokosyano fikirlə razı deyil ki, hərbi çevrilişi etmək istəyən Rusiyadır. Onun fikrincə, hazırda Rusiya Paşinyanla bağlı fikrini dəyişib, onu hakimiyyətdə saxlamaq istəyir, həm də ona görə ki, müxalifət qeyri-populyardır. Şərhçi, ordunun belə davranışının iki mümkün səbəbini vurğulayır: "Birinci səbəb Paşinyanın inadkarcasına erkən seçki keçirməkdən imtina etməsi idi. Ordu hökumətə təzyiq etməyə məcbur qaldı. İkinci məsələ isə odur ki, ordu daxilində bir neçə yüksək rütbəli zabit müharibə vaxtı öz səriştəsiz qərarlarını ört-basdır etmək və ordunun çatışmayan cəhətlərindən diqqəti yayındırmaq üçün bu addımı atdı”.

O hesab edir ki, Ermənistanda, böyük ehtimalla, çevriliş baş tutmayacaq. Həm də ona görə ki, ordunun hakimiyyəti devirmək təcrübəsi yoxdur: "Vacib məqamdır ki, ordu ilk dəfədir, siyasi hakimiyyətin istefasını istəyir. Amma bu qərardan saatlar keçir və biz hərbi fəaliyyətin hansısa nişanəsini görmürük. Qoşun gözə dəymir. Hazırda siyasi rəqiblərin paralel nümayişi gedir. Paşinyan öz nümayişini özü aparır. Yerevanda qarşıdurma ola bilər. Bundan qaçmağın yolu erkən seçki çağırmaqdır”.
Ermənistandakı qarşıdurmaya münasibətə bildirən Azərbaycanın keçmiş xarici işlər naziriTofiq Zülfüqarov deyib ki, baş verənlər Ermənistanın siyasi müstəqilliyi və Rusiyadan uzaqlaşması ilə nəticələnəcək. O, öz "Facebook” hesabında bu haqda yazır: "Hesab edirəm ki, Paşinyan rusiyameylli hərbçilərin satqınlığı haqqında bəyan edəcək və Ermənistanın qərbyönümlü siyasət yürütdüyünü elan edəcək”. Hələlik Ermənistanda ordu ilə hökumət arasında gərginliyə Rusiyadan qəti qiymət verən bir fikir səslənməyib. Yalnız Kremlin sözçüsü Dmitri Peskov tərəfləri təmkinli olmağa çağırıb.

"Nikol Serjin tələsinə düşdü”

"Nikol Paşinyan Serj Sarkisyanın təxribatına uydu və onun tələsinə düşdü. Burada sual yaranır: Nikolun konkret və mahiyyət etibarilə səhvi nədə olub? Məsələ bundadır ki, o, silahla bağlı sözlərində tam olaraq haqlıdır. Rusiya tərəfinin məsələyə reaksiyası isə bunu yalnız təsdiqləyir”.
Bu açıqlama ilə Ermənistanın hərbi-siyasi icmalçısı Qraçya Qalustyan çıxış edib. Onun sözlərinə görə, Rusiyanın ermənilərə Azərbaycanın zərbələri qarşısında gücsüz olan "metallom” göndərməsi ilə bağlı konkret faktlar var: "Müharibə dövründə erməni əsgəri təəccüblə aşkar edirdi ki, Moskvanın iddialarına görə uçmaq və vurmaq bacarığı olan texnika nə uçur, nə də vurur. RF-də anlamalıdırlar ki, Ermənistan artıq çoxdan müstəqil dövlətdir və onun nəyi və kimdən alacağını özü həll etmək hüququ var. Bu, bizim üçün hansısa siyasi intriqalar yox, fiziki sağ qalmaq məsələsidir. Biz onu yaddan çıxarmamalıyıq ki, Azərbaycanda dünyanın ən müasir və güclü silahları mövcuddur”, - deyə erməni ekspert qeyd edib.

"Karnegi Avropa”nın Qafqaz üzrə mütəxəssisi Tomas de Vaal deyib ki, Ermənistanın, uzun müddətdir davam edən böhranı pis vəziyyətə dönür: "Ordu həmişə siyasətdən kənarda qaldığı üçün təhlükəli dönüşdür. Paşinyan indi vəzifəsində qalmaq üçün kilsə və prezident daxil olmaqla bütün elitaya qarşı durmağa çalışır. Həmişəki kimi, dəstək üçün küçə gücünə müraciət edir". Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar da Yerevandakı hadisələrdən "son dərəcə narahat olduğunu” bildirib. "Şiddətin olmaması vacibdir. Həll edilməli olan aydın daxili problemlər olsa da, nə hərbi, nə də digər təhlükəsizlik strukturları siyasi prosesə qarışmalıdır", - Toivo Klaar "Tvitter” hesabından yazıb.

"Paşinyanla Baş Qərargah arasındakı qarşıdurma fonunda yeni inqilab sarsıntısı başlayır”. Bunu isə Ukraynanın Üçtərəfli Kontakt Qrupundakı rəsmi nümayəndə heyətinin müşaviri Aleksey Arestoviç Teleqram kanalında yazıb. Onun sözlərinə görə, Ermənistandakı köhnə kremlyönlü elita Qarabağ müharibəsindəki məğlubiyyətin fonunda hakimiyyəti qaytarmaq istəyir. "Paşinyan Ermənistanda kremlyönlü klanı tam məğlub edə bilməyib və indi onun problemləri yarana bilər. Dövlət daxilindəki iki qüvvə arasında yeni mübarizə mərhələsi başlayır. Amma buna baxmayaraq, Paşinyan və komandası baş nazir kürsüsünü saxlamağı bacaracaq”, - Arestoviç bildirib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər