• cümə axşamı, 28 mart, 18:03
  • Baku Bakı 13°C

Vətən müharibəsinin şəhidi, kapitan Əbülfəz Rəhmətovla Lerikdə vida mərasimi keçirilir

07.05.21 12:53 578
Vətən müharibəsinin şəhidi, kapitan Əbülfəz Rəhmətovla Lerikdə vida mərasimi keçirilir
Vətən müharibəsində şəhid olan kapitan Əbülfəz Rəhmətovla doğulduğu Lerik rayonunda vida mərasimi keçirilir.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Vətən müharibəsində itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin zabiti, kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun nəşi doğulduğu Lerik rayonunun Anbu kəndinə gətirilib. Şəhidlə vida mərasimində yaxınları, rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər iştirak edir.
Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən itkin düşən şəhid kapitanın nəşidünən Cəbrayıl rayonu ərazisində tapılıb. O, Qubadlı və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Əbülfəz Rəhmətov 1989-cu ildə anadan olub. İki övladı var.
banner

Oxşar Xəbərlər