• çərşənbə axşamı, 23 aprel, 15:43
  • Baku Bakı 24°C

Vətən müharibəsində qəhrəmanlıq göstərmiş heç kim diqqətdən kənarda qalmayacaq - Deputat

06.01.21 14:45 364
Vətən müharibəsində qəhrəmanlıq göstərmiş heç kim diqqətdən kənarda qalmayacaq - Deputat
Azərbaycan dövləti hər zaman şəhid ailələrinə, Qarabağ müharibəsi əllillərinə, iştirakçılarına böyük diqqət və qayğı ilə yanaşıb.
Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat bildirib ki, bugünə qədər birinci Qarabağ müharibəsi şəhidlərinin alilələrinin, veteranlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara minik avtomobillərinin verilməsi, müavinətlərinin artırılması və digər məsələlər dövlət üçün prioritet olub.C.Osmanov bildirib ki, Azərbaycanın şanlı qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Prezident İlham Əliyev sərəncamı ilə 2-ci Qarabağ müharibəsi şəhid ailələrinin, yaralıların, iştirakçıların problemlərinin əhatəli şəkildə həlli üçün Yaşat Fondu yaradıldı: "Yaşat Fondu bütün bu insanların problemləri, qayğıları ilə maraqlanır və problemlərinin həlli istiqamətində işlər görürlər.
Eyni zamanda cənab Prezidentin sərəncamları ilə bu şanlı qələbə münasibətilə müxtəlif orden və medallar təsis olunub və çoxlu sayda əsgər və zabitlərimiz orden və medallarla təltif edilib.
Bu məsələdə heç kim unudulmayacaq, heç kəs diqqətdən kənarda qalmaycaq. İndiyədək 90 minə yaxın vətəndaş müxtəlif medallarla təltif olunub. Kimlərsə hansısa səbəbdən ləngiyə bilər, hamını əhatə etmək qısa vaxt ərzində asan deyil. Səbr və təmkinli olmaq lazımdır, hamı layiq olduğu diqqəti görəcək. Heç şübhəsiz ki, Vətən müharibəsində iştirak etmiş, qəhrəmanlıq, şücaət göstərmiş və torpaqlarımızın azad edilməsində igidlik göstərmiş bütün əsgər və zabitlərimizdən heç biri dövlətin diqqət və qayğısından kənarda qalmayacaq”.

banner

Oxşar Xəbərlər