• çərşənbə axşamı, 19 mart, 12:12
  • Baku Bakı 8°C

Vergilərin azaldılmasına görə maliyyə sanksiyaları tətbiq edilir

28.07.21 17:30 305
Vergilərin azaldılmasına görə maliyyə sanksiyaları tətbiq edilir
Vergiləri vaxtında və tam şəkildə ödəmək hər bir vergiödəyicisinin borcudur. Lakin bəzi hallarda vergiödəyiciləri öz öhdəliklərinə məsuliyyətsiz yanaşır, maliyyə sanksiyaları ilə üzləşirlər.
AZƏRTACDövlət Vergi Xidmətinə istinadla maliyyə eksperti Şəms Hüseynovanın mövzu ilə bağlı şərhini təqdim edir.
Ekspert bildirib ki, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə görə, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılarsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim edilməməklə yayındırılarsa, vergiödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Məsələn, vətəndaş 2021-ci iyulun 1-də oynanılmış lotereyada 10 min manat udubsa, bu məbləğ ödəmə mənbəyindən gəlir hesab edilir və vergiyə cəlb olunur. Uduş məbləğinə 10 faiz vergi dərəcəsi tətbiq edilməli və büdcəyə ödənilməli olan 1000 manat növbəti ayın, yəni avqustun 20-dək büdcəyə ödənilməlidir.
Qeyd edilən müddətə qədər ödəniş edilməyibsə, bu, büdcə ödənişindən yayınma hesab edilir və (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) məbləğin 25 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
banner

Oxşar Xəbərlər