• cümə axşamı, 28 mart, 17:11
  • Baku Bakı 16°C

Vergiödəyicisinin mikrobiznes qrupuna aid olub-olmaması necə müəyyən edilir?

16.08.21 18:30 237
Vergiödəyicisinin mikrobiznes qrupuna aid olub-olmaması necə müəyyən edilir?
Vergi Məcəlləsinin mikrobiznes subyektləri üçün təmin etdiyi güzəştlərdən biri də mikrosahibkarlıq subyekti olan hüquqi və fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizinin mənfəət (gəlir) vergisindən azad edilməsidir. Bəs vergiödəyicisinin mikrobiznes qrupuna aid olub-olmaması necə müəyyən edilir?
Kaspi.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzuya aydınlıq gətirən maliyyə mütəxəssisi Vüqar Mirheydərov mikrosahibkarlıq subyektləri üçün güzəştlərin Vergi Məcəlləsində nəzərdə tutulduğunu bildirib.
O, qeyd edib ki, biznes subyektlərinin qruplara bölünməsi isə Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli Qərarı ilə tənzimlənir. Burada iki meyar - işçilərin sayı və vergiödəyicisinin illik gəlirinin miqdarı nəzərə alınır. Həmin qərara əsasən, biznes subyektlərinin sərhədləri belə müəyyən edilib:
Mikrosahibkar: 1-10 işçi, illik gəliri 200.000 manata qədər;
Kiçik sahibkar: 11-50 işçi, 200.000 – 3.000.000 manat arası illik gəlir;
Orta sahibkar: 51-250 işçi, 3.000 000 – 30.000.000 manat illik gəlir;
İri sahibkar: 250 nəfərdən çox işçi, 30.000.000 manatdan çox illik gəlir.
V.Mirheydərov, həmçinin əlavə edib ki, vergiödəyicisinin müəyyən bir qrupa aid olub-olmadığını müəyyən edərkən qeyd olunan iki meyardan daha böyük olanı nəzərə alınır: "Məsələn, tutaq ki, şirkətin illik gəliri 150 min manat, işçilərinin sayı 12-dir. Bu şirkət heç bir şəkildə mikrobiznes qrupuna aid ola bilməz. Həmin sahibkarlıq subyekti kiçik biznesə aiddir. Bu isə həmin şirkətin mikrobiznes subyektləri üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə edə bilməyəcəyi mənasını verir. Bu, çox vacib məqamdır. Ona görə də, hər hesabatda 75 faiz gəlir vergisinə güzəşt nəzərdə tutmaq sahibkarlar üçün mənfi hallara gətirə bilər. Əslində hər bir güzəştdən istifadə etməzdən qabaq həmin güzəştin həqiqətən sizə aid olub-olmadığını ciddi şəkildə təhlil etmək lazımdır. Əks halda, vergiödəyicisi maliyyə sanksiyaları ilə üz-üzə qala bilər”.
banner

Oxşar Xəbərlər