• çərşənbə, 24 Aprel, 15:30
  • Baku Bakı 27°C

Vergiödəyicisinə maliyyə sanksiyası hansı hallarda tətbiq oluna bilər?

16.08.21 21:30 238
Vergiödəyicisinə maliyyə sanksiyası hansı hallarda tətbiq oluna bilər?
Vergi məbləğinin azaldılması, yaxud məbləğin düzgün hesablanmaması, vergi məbləğinin bilərəkdən gizlədilməsi və digər qanun pozuntularına görə Vergi Məcəlləsində maliyyə sanksiyaları nəzərdə tutulub.
Kaspi.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, məsələni şərh edən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin sözlərinə görə, Vergi Məcəlləsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergiödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir: "Əslində, bu maddə maliyyə sanksiyaları vasitəsilə vergi intizamının formalaşdırılması, vergi inzibatçılığının və nəzarətin daha asan üsulla həyata keçirilməsi, o cümlədən könüllü vergi ödəmə mədəniyyətinin formalaşdırılmasına xidmət edir. Burada müxtəlif vergi dərəcələrinə görə hər hansı sahibkarlıq subyekti öz vergi funksiyasına uyğun olaraq hər hansı bir vergi dərəcəsini gizlətdikdə və yaxud azaltdıqda ona müvafiq olaraq bir sıra sanksiyalar nəzərdə tutulub”.
R.Atakişiyev bildirib ki, vergiödəyicisi tərəfindən ƏDV üzrə qeydiyyat məcburi olduğu halda, qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergiödəyicisinə ƏDV üzrə qeydiyyat olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
banner

Oxşar Xəbərlər