• şənbə, 20 Aprel, 11:08
  • Baku Bakı 14°C

Vergiödəyicisi olmayan fiziki şəxslərin hansı öhdəlikləri var?

01.10.21 17:30 298
Vergiödəyicisi olmayan fiziki şəxslərin hansı öhdəlikləri var?
Vergi Məcəlləsinə əsasən, iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məcəllədə göstərilib ki, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.
Kaspi.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzu ilə bağlı fikirlərini bölüşən iqtisadçı Emin Salamov vergiödəyicisi olmayan fiziki şəxslərdən alınan malların, iş və xidmətlərin rəsmiləşdirilməsi məsələlərini belə izah edib: "Vergiödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda, həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Elektron alış aktında vergiödəyicisi olmayan qarşı tərəfin şəxsiyyət vəsiqəsində qeyd edilən FİN, adı, soyadı, atasının adı, telefon nömrəsi, alınan malın kodu, adı, miqdarı, məbləği və sair məlumatlar qeyd edilir. Elektron alış aktını "e-taxes.gov.az” saytına daxil olduqdan sonra "e-qaimə” bölməsində yeni akt hissəsində onlayn təqdim olunan aktlar və kağız daşıyıcısında təqdim olunan aktlar bölməsində asanlıqla yaratmaq mümkündür”.
Mütəxəssis, həmçinin qeyd edib ki, vergiödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin "Nağdsız hesablaşmalar haqqında” Qanunda göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.
banner

Oxşar Xəbərlər