• cümə, 29 Mart, 11:02
  • Baku Bakı 5°C

Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu aşkarlanarsa, hansı hallarda vergi öhdəliyi yaranmır?

11.10.21 19:57 226
Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu aşkarlanarsa, hansı hallarda vergi öhdəliyi yaranmır?
Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə hansı hallarda vergi öhdəliyi yaranmır?
Dövlət Vergi XidmətindənKaspi.az-a bildirilib ki, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla, Vergi Məcəlləsinin tələblərinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.
Həmçinin xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi halda da vergi öhdəliyi yaranmır.
banner

Oxşar Xəbərlər