• şənbə, 20 Aprel, 11:11
  • Baku Bakı 14°C

Vergi Məcəlləsində edilmiş dəyişikliklər onlayn görüşdə müzakirə ediləcək

26.01.22 09:30 370
Vergi Məcəlləsində edilmiş dəyişikliklər onlayn görüşdə müzakirə ediləcək
Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı vergiödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Dövlət Vergi XidmətindənKaspi.az-a bildirilib ki, qeyd edilən tədbirlərin davamı olaraq yanvarın 27-də saat 15:00-da "Zoom” platforması üzərindən 300 vergiödəyicisinin iştirakı ilə onlayn görüşün keçirilməsi nəzərdə tutulub.
Qeyd edilən görüşdə iştirak etmək istəyən vergiödəyicilərihttps://fxo.io/m/tigers-incredible-1202 və "t.me/xidmetbot” linkləri vasitəsilə yanvarın 27-də saat 14:45-dək görüşə yazıla bilərlər.
banner

Oxşar Xəbərlər