• cümə, 19 Aprel, 03:33
  • Baku Bakı 18°C

Vergi güzəştləri media subyektlərinin maliyyə dayanıqlığını artıracaqmı?

06.02.23 17:45 526
Vergi güzəştləri media subyektlərinin maliyyə dayanıqlığını artıracaqmı?

Bu gün media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) vergi güzəştləri ilə bağlı Vergi Məcəlləsinə edilən dəyişikliklər layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb.

Layihədə 4 vergi növü üzrə güzəştlərin tətbigi nəzərdə tutulur. Beləki media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq maddi yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, həmçinin onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin əlavə dəyər vergisindən 3 il müddətinə azad olunması gözlənilir.

Qanun layihəsinin ilkin müzakirəsi bu gün Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında keçirilib. Müzakirələr zamanı bəzi deputatlar nəzərdə tutulan vergi güzəştlərinin 3 ildən ilə kimi artırılmasını təklif edib.

Qeyd edilib ki, media subyektlərinin 3 il müddətinə vergidən azad edilməsi dövlət üçün 10 milyon manata, 5 ilə kimi artırılacağı təqdirdə 15-16 milyona başa gələcək. Bunun dövlət büdcəsi üçün elə də böyük yük olmayacağı, lakin medianin inkişafı hesabına digər sahələrdən büdcəyə gələn gəlirlərin artması mümküm olacaq. Eyni zamanda biznesin media subyektlərində reklam yerləşdirməsi üçün sahibkarlar özləri üçün də vergi və digər güzəştlərin olmasının zəruriliyi vurğulanıb.

Vergi Məcəlləsinə dəyişikliklər hazırlanarkən media subyektləri ilə Medianın İnkişafı Agentliyi (MEDİA) və aidiyyəti dövlət orqanlarının nümayəndələrinin görüşləri keçirilmiş, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, infrastrukturunun modernləşdirilməsi və digər iqtisadi məsələlər barədə müzakirələr aparılmış, rəy və təkliflər dinlənilib.

Media sahəsinə tətbiq olunan vergi güzəştlərinin səmərəliliyinin artırılmasına zərurət MEDİA Agentliyi və aidiyyəti dövlət orqanları tərəfindən aparılmış araşdırmalar nəticəsində müəyyən olunub. Bu, media subyektlərinin vergiyə cəlb olunmasını təkmilləşdirilmək, bu istiqamətdə daxili bazarın qorumaq və rəqabətədavamlı milli media məhsullarının istehsalını stimullaşdırılmaq, medianın inkişafının dəstəkləmək, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasına təkan verilmək və media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirmək məqsədi daşıyır.

İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin dəstəyi ilə hazırlanan layihə media sahəsində reklam gəlirlərinin leqallaşdırılması, reklam bazarının həcminin artırılması və canlandırılması ilə media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsinə imkan yaradacaqdır.

Görüşlərin biznes subyektlə ilə davam edəcəyi gözlənilir. Milli Məclisdə müzakirələrdə iştirak edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, Agentliyin biznes subyektləri, sahibkarlarla görüşlərin nəzərdə tutulduğunu və bu görüşdə biznesin reklama dəstək verməsi üçün onlara nə lazımdır, qanunvericilikdə hansı mexanizmlər öz əksini tapa bilərsə onu müzakirə edilməsi planlaşdırılır.

Beləliklə, layihə Azərbaycanda cəmiyyət həyatının hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə təkan verəcəkdir. Bununla yanaşı həm də medianın maliyyə dayanıqlığını artıracaq, onların daha çox dövriyyə vəsaitlərindən səmərəli istifadəni təmin edəcək, həmin vəsaitlərin medianın inkişafına yönəldilməsinə xidmət edəcək.

banner

Oxşar Xəbərlər