• cümə, 19 Aprel, 03:28
  • Baku Bakı 18°C

Venesuelada həbsxanada iğtişaşlar nəticəsində 37 nəfər ölüb

17.08.17 10:39 679
Venesuelada həbsxanada iğtişaşlar nəticəsində 37 nəfər ölüb
Venesuelanın Amasonas ştatında həbsxanada baş vermiş iğtişaşlar 37 nəfərin həyatına son qoyub.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Venesuela Təhlükəsizlik Xidməti Puerto-Ayakuço şəhərində həbsxanada əməliyyat keçirib.
Məlumata əsasən, hökumət qüvvələrinin həbsxanada nəzarəti bərpa etmək cəhdi məhkumların müqaviməti ilə qarşılaşıb. Nəticədə qanlı toqquşmada 37 dustaq ölüb, polis əməkdaşları arasında itki barədə məlumat verilmir. Venesuela Təhlükəsizlik Xidməti mütəmadi olaraq ölkə həbsxanalarında əməliyyat keçirir. Bu reydlərin əksəriyyətində polislə məhbuslar arasında toqquşmalar baş verir.
banner

Oxşar Xəbərlər