• cümə axşamı, 28 mart, 19:06
  • Baku Bakı 13°C

Velosipedi qaçırtdı, amma... - Bakıda

10.06.14 09:28 981
Velosipedi qaçırtdı, amma... - Bakıda
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 10-da Bakı şəhər sakini Aydın Tahirli 20-ci PB-yə ərizə ilə müraciət edərək bildirib ki, mayın 9-da Topçubaşov küçəsində yerləşən sürətçıxarma mağazasında, orada işləyən Ümid Bədirbəyli ona məxsus 220 manatı oğurlayıb.
Müəyyən olunub ki, o mayın 10-da Nurlan Heybətovun etibarından sui istifadə edərək ona məxsus Mir Qasımov küçəsində yerləşən mağazadan velosipedi almaq adı ilə sürüb gedib.
Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ümid Bədirbəyli tutulub.
banner

Oxşar Xəbərlər