• cümə axşamı, 28 mart, 17:42
  • Baku Bakı 16°C

Vəkil: "Çox güman ki, Lapşin İsrailə sabah göndəriləcək”

11.09.17 19:03 997
Vəkil: "Çox güman ki, Lapşin İsrailə sabah göndəriləcək”
"Aleksandr Lapşinin səhhəti ilə bağlı məlumat əldə etdim. Mərkəzi Klinik Xəstəxanadan bildirildi ki, onun səhhəti normaldır".

BunuAPA-ya açıqlamasında Aleksandr Lapşinin vəkili Eduard Çernin deyib.O bildirib ki, A. Lapşinin İsrailə deportasiya edilməsi üçün artıq bütün sənədlər hazırdır: "Yalnız təyyarə ilə bağlı dəqiq məlumat yoxdur. İsrailə reys sabah olduğu üçünçox güman ki, Lapşin sabah İsrailə deportasiya ediləcək".

Qeyd edək ki, Azərbaycan Prezidentiİlham Əliyevbu gün Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilib.
banner

Oxşar Xəbərlər