AZE | RUS | ENG |

Vaşinqtonda Azərbaycan ilə ABŞ arasındakı ikitərəfli əlaqələr müzakirə edilib

Vaşinqtonda Azərbaycan ilə ABŞ arasındakı ikitərəfli əlaqələr müzakirə edilib
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşinqtona işgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla görüşüb.

XİN-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər bir sıra məsələlər, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin cari vəziyyəti və substantiv məsələlər üzrə danışıqların irəli aparılması yolları ətrafında intensiv və uzun fikir mübadiləsi aparıblar.

Tərəflər ABŞ ilə Azərbaycan arasında mövcud ikitərəfli siyasi gündəlikdə duran bir çox məsələləri, eləcə də iqtisadi əlaqələr və həyata keçirilən təşəbbüsləri, enerji və nəqliyyat sahəsində reallaşdırılan layihələri, habelə Avropanın qaz təminatının şaxələndirilməsi üzrə əlavə imkanları müzakirə ediblər.

Görüşdə, həmçinin geniş Yaxın Şərq bölgəsində mövcud vəziyyət, eləcə də qlobal gündəlikdə duran və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9066
GEL 1 1 Gürcüstan larisi 0.5954
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1114
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.181
CHF 1 1 İsveçrə frankı 1.7218
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.2976