• cümə axşamı, 25 aprel, 14:14
  • Baku Bakı 23°C

Varşavada Azərbaycan məhsulları sərgilənəcək

19.07.20 21:00 771
Varşavada Azərbaycan məhsulları sərgilənəcək
Polşanın paytaxtındakı "Blue City” ticarət və sərgi mərkəzində regional ərzaqlar yarmarkası təşkil ediləcək.
AZƏRTACxəbər verir ki, iyulun 22-dən 25-dək keçiriləcək yarmarkada Polşa istehsalı olan məhsullarla yanaşı, Azərbaycan çayları və şirniyyatları, habelə macar ət məhsulları, yunan zeytun və çaxırları, italyan pendirlərinin satış stendləri qurulacaq.
Yarmarka əsasən Polşa regionlarının məhsullarına həsr olunsa da, alıcıların marağına səbəb olan xarici məhsullara da yer verilir. Azərbaycan çayları, şərabları, şirələri və şirniyyatları həmişə polşalıların ən çox aldıqları məhsullar sırasındadır.
"Blue City”də təşkil olunan yarmarkalarda nəinki məhsulları almaq, həm də onların istehsalçıları ilə tanış olmaq, yerli ənənələr barədə məlumat almaq mümkündür.

banner

Oxşar Xəbərlər