• cümə axşamı, 18 aprel, 05:42
  • Baku Bakı 15°C

Varlı ölkələr COVID-19 əleyhinə peyvəndi kütləvi şəkildə alır

03.08.20 17:30 840
Varlı ölkələr COVID-19 əleyhinə peyvəndi kütləvi şəkildə alır
Dünyanın ən varlı ölkələri artıq1,3milyard dozadan çox koronavirus əleyhinə peyvənd alışı üzrə müqavilələr imzalayıb.
"Report” "Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə "Bloomberg” agentliyi məlumat verib.
"Airfinity” şirkətinin analitiklərinin fikrincə, bu ölkələrə ABŞ, Böyük Britaniya, Yaponiya və Avropa İttifaqı ölkələri daxildir. Analitiklərin məlumatına görə, onların hələ bağlanmamış tədarük və sövdələşmələr sayəsində daha1,5milyard vaksin almaq niyyətindədirlər.
Mütəxəssislər bu "təcavüzkar satınalma”nın digər ölkələri pis vəziyyətdə qoyacağından qorxurlar.
Agentliyin məlumatına görə, ABŞ və Böyük Britaniya "Sanofi” və "GlaxoSmithKline Plc.”, Yaponiya isə "Pfizer” şirkəti ilə müqavilə imzalayıb.
Məqalə müəllifləri vaksin dozasının bütün dünya əhalisi üçün kifayət etməyəcəyindən narahatdırlar.
banner

Oxşar Xəbərlər